Ramin Musayev: "Günahkarlar mütləq cəzalarını alacaqlar"

29.05.2013 | 5152 dəfə oxunub

"Təşkilatçılığın yaxşı alınması üçün əlimizdən gələni etdik. Gecələr də yatmayıb, çalışırdıq. Məncə, istədiyimizə nail olduq. Özünüz də gördünüz ki, hər şey yüksək səviyyədə təşkil olunmuşdu". Bu sözləri Stadium.az saytına verdiyi açıqlamada Peşəkar Futbol Liqasnın prezidenti Ramin Musayev deyib.  

Musayev hər iki finalçını gözəl oyun sərgilədiyini bildirib: "Həm "Neftçi", həm də "Xəzər Lənkəran" qələbə üçün sonadək mübarizə apardı. Hər iki tərəf yaxşı oyun sərgilədi. Gərgin mübarizə şəraitində keçən final izlədik. Penaltilər seriyasında isə əksər hallarda bəxt amili böyük rol oynayır".

PFL başçısı matçdan sonra baş verən qalmaqala da toxunub: "Heç vaxt Azərbaycan futbolunda bu cür halların yaşanmasını istəməmişəm. Gördüyümüz səhnə heç də xoş deyildi. Buna görə də əminliklə söyləyirəm ki, günahkarlar mütləq cəzalarını alacaqlar. Videogörüntülərə baxılacaq. Sabah AFFA-da toplantı olacaq və baş verənlərə hüquqi qiymət veriləcək. Əmin ola bilərsiniz ki, günahkarlar cəzalanacaqlar".  

Hadisə zamanı meydana daxil olan Musayev "Xəzər Lənkəran"ın üzvü Elnur Allahverdiyevi sakitləşdirməyə çalışmasından da danışıb: "Meydanda baş verənləri görən kimi dərhal ora yollandım. Elnura da yaxınlaşmaqda məqsədim onu sakitləşdirmək idi. Allahverdiyevi hələ "Neftçi"də çıxış etdiyi vaxtdan tanıyıram. Orada "Xəzər Lənkəran" tərəfinə də dedim ki, gəlin, medallarınızı alın. Onsuz da məsələ belə qalmayacaq. Günahkarlar cəzalanacaqlar. "Xəzər Lənkəran"ın üzvləri əvvəlcə medallarını almaq istəmirdilər. Elə bu səbəbdəndir ki, ilk növbədə qalib komanda mükafatlandırıldı. Amma az sonra "Xəzər Lənkəran"ın rəhbərliyi işə arışdı və futbolçuları medallarını almağa gəldilər". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail