"Stadonda ictimai qaydaları kobud şəkildə pozan 2 nəfər saxlanılıb"

29.05.2013 | 5251 dəfə oxunub

Daxili İşlər Nazirliyi mayın 28-də Tofiq Bəhramov adına stadionda “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən futbol üzrə Azərbaycan kubokunun final qarşılaşması zamanı baş verən hadisələrlə bağlı məlumat yayıb. Stadium.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis-müavini Orxan Mansurzadə bildirib ki, stadionda ictimai asayişin kobud şəkildə pozulmasına cəhd göstərilib: “Oyun vaxtı və daha sonra stadionda və ətrafında ictimai asayişin kobud formada pozulmasına cəhd edilib. Stadionda asayişi qoruyan qüvvələr tərəfindən bu cəhdin qarşısı alınıb. Bu zaman stadiona yandırıcı-protexnik maddələr atan və ictimai qaydaları kobud şəkildə pozan 2 nəfər saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib olunub. Hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail