Premyer Liqa tarixində ən yüksək məhsuldarlıq
Premyer Liqada başa çatan 2012/13 mövsümündə baş tutan 191 oyunda qapılara 465 qol vurulub. Stadium.az xəbər verir ki, nəticəsi ləğv olunan “Simurq” - “Rəvan” matçı nəzərə alınmamaqla orta məhsuldarlıq 2,43-ə bərabər olub.
Məhsuldarlığın belə yüksək olması daha çox 7-12-ci yerlər uğrunda keçirilən qarşılaşmalar hesabına mümkün olub. İlk “altılıq”da isə bu rəqəm çox aşağı olub. Ümumilikdə isə final mərhələsinin məhsuldarlığı təsnifat mərhələsindəkindən daha yüksəkdir.
Mərhələ | oyun | qol | orta |
Təsnifat mərhələsi | 131 | 316 | 2,41 |
1-6-cı yerlər | 30 | 61 | 2,03 |
7-12-cı yerlər | 30 | 88 | 2,93 |
Final mərhələsi | 60 | 149 | 2,48 |
Cəmi | 191 | 465 | 2,43 |
Vurulan qolların böyük hissəsi meydan sahiblərinin payına düşür. Onlar hər 2 hissədə qonaqlardan üstün olub. Hissələr üzrə qollara gəlincə isə məhsuldarlıq fasilədən sonra artıb.
qol | orta | Ümumi qolların faizi | |
Meydan sahibləri | 269 | 1,41 | 57,8% |
Qonaqlar | 196 | 1,03 | 42,2% |
I hissə | 207 | 1,08 | 44,5% |
II hissə | 258 | 1,35 | 55,5% |
Meydan sahibləri/I hissə | 121 | 0,63 | 26,0% |
Meydan sahibləri/II hissə | 148 | 0,77 | 31,8% |
Qonaqlar/I hissə | 86 | 0,45 | 18,5% |
Qonaqlar/II hissə | 110 | 0,58 | 23,7% |
Başa çatan mövsümdə qeydə alınan orta məhsuldarlıq Premyer Liqa tarixində ən yüksək nəticədir. Düzdür, əvvəlki çempionatlarda daha yüksək məhsuldarlıq da qeydə alınıb. Lakin çempionatın Premyer Liqa adlandığı 2007-ci ildən sonra məhsuldarlıq bu həddə çatmamışdı.
2007-09-cu illərdə Premyer Liqa, 2009-12-ci illərdə Unibank Premyer Liqası və 2012-ci ildən Topaz Premyer Liqası adı ilə keçirilən turnirlərdə ən yüksək məhsuldarlıq cari mövsümə təsadüf etdi. Bu həm də futbolumuzda canlanmanın başladığı 2004-cü ilin yayından sonra üçün ən yaxşı nəticədir.
Başa çatan mövsüm ümumilikdə isə çempionatlar tarixində 12-ci nəticədir. Çünki yarışın Güclülər dəstəsi və yüksək liqa adlandığı vaxtlar məhsuldarlıq daha yüksək olurdu. Mütləq rekordun qeydə alındığı 2000/01 mövsümündə isə məhsuldarlıq 3,15-ə qalxmışdı.
mövsüm | Keçirilməli | Baş tutmayan | Baş tutan | Qol sayı | Orta |
1992 | 482 | 81 | 401 | 1191 | 2,97 |
1993 | 184 | 14 | 170 | 437 | 2,57 |
1993/94 | 240 | 24 | 216 | 605 | 2,80 |
1994/95 | 156 | 22 | 134 | 401 | 2,99 |
1995/96 | 160 | 7 | 153 | 469 | 3.07 |
1996/97 | 240 | 9 | 231 | 692 | 2,99 |
1997/98 | 182 | 27 | 155 | 405 | 2,61 |
1998/99 | 236 | 26 | 210 | 590 | 2,81 |
1999/2000 | 132 | 5 | 127 | 307 | 2,42 |
2000/01 | 111 | 15 | 96 | 302 | 3,15 |
2001/02 | 148 | 5 | 143 | 376 | 2.63 |
2003/04 | 182 | 15 | 167 | 485 | 2,90 |
2004/05 | 307 | 19 | 288 | 684 | 2,38 |
2005/06 | 182 | 0 | 182 | 423 | 2,32 |
2006/07 | 156 | 1 | 155 | 361 | 2,33 |
2007/08 | 182 | 1 | 181 | 434 | 2,40 |
2008/09 | 182 | 0 | 182 | 443 | 2,43 |
2009/10 | 192 | 0 | 192 | 392 | 2,04 |
2010/11 | 192 | 0 | 192 | 381 | 1,98 |
2011/12 | 192 | 0 | 192 | 445 | 2,32 |
2012/13 | 192 | 1 | 191 | 465 | 2,43 |
Cəmi | 4230 | 272 | 3958 | 10.288 | 2,62 |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |