”Xəzər Lənkəran” Respublika stadionunda

26.05.2013 | 4625 dəfə oxunub

Dünən, Azərbaycan kubokunun final görüşü öncəsi Lənkəran hazırlığını başa vuran “Xəzər Lənkəran”, Bakı şəhərinə çatdıqdan sonra istirahətini bu gün başa vurdu. Stadium.az xəbər verir ki, məskunlaşdığı oteldən Respublika stadionuna yola düşən komanda səhər məşqini keçirib. Matçın keçiriləcəyi Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən günün yeganə məşqi saat yarım davam etdi və futbolçular məşqçilər korpusunun verdiyi taktiki çalışmaları yerinə yetirdilər. Hazırda komandada zədəli futbolçu yoxdur və Adrian Pit istisna olmaqla bütün heyət məşqdə iştirak etdi. Sabah saat 11:00-da “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxacaq. Məşqdən yarım saat öncə isə “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın media nümayəndələri üçün mətbuat konfransı nəzərdə tutulub.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail