"Simurq"un yeni mövsüm üçün hazırlıq planı bəlli oldu

25.05.2013 | 4240 dəfə oxunub

Premyer Liqanın bitməsindən sonra istirahətə çıxan "Simurq"un yeni mövsümə hazırlıq planı artıq məlumdur. Stadium.az xəbər verir ki, "Simurq" iyun ayının 17-dən etibarən bir araya gələcək. Bakı şəhərində toplaşacaq Zaqatala təmsilçisi tibbi müayinədən keçdikdən sonra 21-nə qədər paytaxtda hazırlıq mərhələsinin ilk hissəsin başa vurub, 23-də Türkiyəyə yollanacaq.

Kartepedə məskunlaşacaq komanda əsasən fiziki hazırlığın artırılmasından ibarət təlim-məşq toplanışı çərçivəsində üç yoldaşlıq görüşü keçirəcək. İyulun 8-nə qədər qardaş ölkədə qalacaq komanda, daha sonra vətənə qayıdacaq.

Bir neçə günlük istirahətdən sonra "Simurq" hazırlıq mərhələsinin 3-cü hissəsi üçün Avropa ölkələrindən birinə yollanacaq. İyulun 13-də yola düşəcək komandanın buradakı təlim-məşq toplanışı 27-nə qədər davam edəcək və Georgi Çixradzenin yetirmələri taktiki-texniki ağırlıqlı məşqlər çərçivəsində dörd yoldaşlıq görüşündə gücünü sınaqdan keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail