Samir Musayev: "Mən olan yerdə futbolçularımı heç kim döyə bilməz"

23.05.2013 | 15534 dəfə oxunub

"Futbolda hər şey olur, uşaqdılar da. 3:0-dan sonra hesab 3:3 olunca istər-istəməz əsəbləşdilər. Öz əsəblərini cilovlaya bilmədilər və nəticədə dava düşdü". Stadium.az saytına verdiyi açıqlamada bu sözləri "Qarabağ"ın U-17 komandasının baş məşqçisi Samir Musayev deyib.

Musayev açıqlamasında bir neçə gün əvvəl U-17 liqasının sonuncu turu çərçivəsində keçirilən "Qarabağ" - "Bakı" oyununda dava düşməsinə münasibət bildirib.

Ötənlərin məşhur hücumçusu komandasından razılığını ifadə edib: "Dava düşənə qədər bizim komanda əsl xarakter göstərdi. Futbolçularım əzmkarlıq nümayiş etdirdilər. Həmin matçda onlar yaxşı oynamaqla bir daha nəyə qadir olduqlarını sübuta yetirdilər. Buna görə də onların qarşısında baş əyirəm".

Musayevdən dava-dalaşın səbəbini soruşduqda cavabı belə oldu: "Dava rəqib oyunçunun bizim futbolçular barədə dediyi sözden başladı. Bizim futbolçular döyülməyiblər, sadəcə olaraq dalaşıblar, vəssəlam. Mən olan yerdə komandamın üzvlərini heç kim döyə bilməz". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail