Azad Rəhimov: “Avro-2020" üçün iki stadionumuz var”

23.05.2013 | 3281 dəfə oxunub

Gənclər və idman naziri Azad Rəhimov futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Bakı Olimpiya Stadionu və Tofiq Bəhramov adına Respublika stadionunun qitənin ən nüfuzlu futbol turnirini təşkil etməyə hazır olduğunu bildirib.

A.Rəhimov 2020-ci il Avropa çempionatı yeni səpkidə keçiriləcəyini xatırladıb. O bildirib ki, UEFA tərəfindən təqdim olunan layihəyə əsasən, çempionat müxtəlif ölkələrdə təşkil olunacaq, yarımfinal və final oyunları ayrı-ayrı şəhərlərə bölünəcək. Bu baxımdan, nazir Bakıda çempionat oyunlarını qəbul etmək imkanlarının yarandığını söyləyib: “Bakı şəhəri 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini versə də, qısa siyahıya düşə bilmədi. Qaydalara görə, olimpiadaya namizədliyini verən ölkə həmin il təşkil olunacaq Avropa çempionatı uğrunda mübarizəyə qoşula bilməzdi. Qısa siyahıya düşə bilmədiyimiz gündən düşünürdük ki, Avropa çempionatı bizim üçün ölkəmizin idman potensialını nümayiş etdirmək və futbolumuzu inkişaf etdirmək, futbol həvəskarlarını sevindirmək baxımından çox əlverişli imkandır. Ən əsası odur ki, ölkələrə bölündükdə Azərbaycandan əvvəlki Avropa və ya dünya çempionatlarında olduğu kimi 6, 8, 12 stadion tikmək, bunlara böyük vəsait sərfi, həmin arenaları gələcək yarışlarda da tamaşaçılarla doldurmaq tələb olunmur. Bu şərt hazırda qarşımızda yoxdur. Bizi sevindirən odur ki, qalib gəlsək, bu, hazırda tikilən 68 min nəfərlik Bakı Olimpiya Stadionunun çempionat oyunlarına ev sahibliyi etməsi üçün gözəl imkandır və bütün dünyaya belə gözəl idman qurğusunu nümayiş etdirə bilərik”.

A.Rəhimov yenicə təmirdən çıxan Tofiq Bəhramov adına Respublika stadionunun da bütün tələblərə cavab verdiyini vurğulayıb. Onun sözlərinə görə, Avropa çempionatında qrup oyunlarının Bakıda təşkilinə qərar verilsə, Bakı Olimpiya Stadionu ilə yanaşı, Respublika stadionundan da yararlanmaq olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail