I Divizionun qalibi mükafatlandırıldı

22.05.2013 | 4257 dəfə oxunub

Futbol üzrə Azərbaycan I Divizionunun qalibi “Ağsu” komandası mükafatlandırıb. Stadium.az xəbər verir ki, Ağsu rayonuna səfər edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, PFL-in heyəti və media nümayəndələrini Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, icra hakimiyyətinin nümayəndələri və “Ağsu” klubunun futbolçu və məşqçi heyəti qarşılayıb. Qonaqlar və rayon icra nümayəndələri ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar.

Ağsu şəhər mədəniyyət evində təşkil olunan tədbirdə çıxış edən Ağsu rayon icra hakimiyyətinin başcısı Ənvər Seyidəliyev “Ağsu” klubunun çempion olmasının rayon futbolu üçün böyük uğur olduğunu vurğulayıb. PFL-in prezidenti Ramin Musayev qazanılan uğur münasibətilə komandanı və rayon rəhbərliyini təbrik edib, bu uğurların davamlı olmasını arzulayıb. 

PFL-in prezidenti Ramin Musayev I Divizionda  2012/2013-cü il mövsümünün qalibi olan “Ağsu” klubuna qızıl medallar və çempionluq kubokunu təqdim edib. 19 qolla I Divizionun bombardiri olan “Ağsu” klubunun futbolçusu Nicat Tağıyevə də PFL tərəfindən xüsusi mükafat verilib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail