AZAL-dan 32-ci tur rekordları

22.05.2013 | 4984 dəfə oxunub

Premyer Liqanın 32-ci turu AZAL-ın rekordları ilə əlamətdar oldu. Staidum.az xəbər verir ki, “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi rekordları da sıralayıb:

*Bakılılar çempionatlar tarixində “altılıq” mərhələsini məğlubiyyətsiz bitirən 2-ci komanda oldu. 2 il əvvəl bunu ikinci “altılıq”da çıxış edən “Qəbələ” bacarmışdı. 1995/96, 1998/99 və son 4 mövsümdə tətbiq olunan bu sistemdə məğlubiyyətsiz başqa komandalar olmayıb.

*AZAL “altılıq” mərhələsini 28 xalla bitirərək “Kəpəz”in 1998/99 mövsümündəki 25 xallıq rekordunu arxada qoyub. Bununla da ölkə futbolunda yeni mütləq rekord müəyyənləşib.

*AZAL final mərhələsində ardıcıl 8 qələbə qazanan ilk Azərbaycan klubu olub.

*AZAL “altılıq”da 9 qələbə qazanan ilk komanda kimi tarixə düşüb.

*“Altılıq”da 25 qol vuran AZAL 1995/96 mövsümündə 24 qol vuran “Kəpəz”in rekordunu yeniləyərək mütləq göstəriciyə imza atdı.

*AZAL tarixinin ən uzun qələbə seriyasını müəyyənləşdirdi. Bakılılar 2007/08 mövsümündə 2 dəfə 5 qələbəni sıralamışdı - 1-5-ci turlarda və 15-19-cu turlarda.

* Ardıcıl 8 qələbə mövsümün də rekordudur. 18-22-ci turlarda “Neftçi”, 24-27-ci turlarda isə “Qarabağ” 5 qələbə sıralamışdı. AZAL bu göstəriciləri 3 qələbə üstələdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail