“İnter”in forvardı ən yaxşı bombardir oldu

21.05.2013 | 4830 dəfə oxunub

Əvəzedici heyətlər arasında Azərbaycan Çempionatı başa çatdı. Stadium.az xəbər verir ki, “İnter” 32 oyunda 57 xal toplamağa bacardı və turnir cədvəlində 4-cü yeri tutdu.

Turnirin ən yaxşı bombardiri "İnter"in forvardı Ramil Mansurov oldu. Belə ki, “İnter” hücumçusu çempionatda ən yaxən izləyicisini 2 qol üstələyərək 22 dəfə fərqlənməyə imkan tapdı. R.Mansurov 13 matçda qapıları dəqiq hədəfə aldı. O, “Bakı”, “Xəzər-Lənkəran” və “Sumqayıt” komandalarının qapısına yol tapmasa da, digər 9 rəqibin qapısında qol keçirməyi bacardı. Futbolçu 2 dəfə het-trik etməklə, 5 dəfə dubla imza atmaqla və 6 dəfə 1 qol vurmaqla fərqləndi. R.Mansurov vurduğu 22 qolun 16-nı çempionatın təsnifat mərhələsində, qalan 6 qolu isə “ilk altılıq” çərçivəsində keçirilən matçlarda vurdu.

 Maraqlıdır ki, əslində R.Mansurovun aktivində 23 qol olmalı idi, lakin çempionatın 1-ci turu çərçivəsində “Qarabağ” komandasına qarşı keçirilən matçda vurulan 4 qoldan biri protokolda səhvən "İnter"in digər üzvü, yarımmüdafiəçi Mirsahib Abbasovun adına yazılmışdı.

 Yeri gəlmişkən, M.Abbasov “İnter”in əvəzedici heyətində məhsuldarlığa görə ikinci futbolçudur. Gənc kapitan başa çatmış çempionatda 13 dəfə uğur qazana bildi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail