“İnter” in hazırlıq planı məlumdur

20.05.2013 | 4442 dəfə oxunub

Azərbaycan Premyer Liqası başa çatdıqdan sonra “İnter” komandasına iyun ayının 2-dək istirahət veriləcək. Stadium.az xəbər verir ki, həmin gün komanda üzvləri Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində bir araya gələcəklər. 9 gün davam edəcək təlim-məşq toplanışı iyunun 11-də başa çatacaq. Türkiyə toplanışı çərçivəsində komandanın iki yoldaşlıq oyunu keçirəcəyi planlaşdırılır. “İnter” toplanış zamanı həmçinin ikitərəfli matçlar da keçirəcək.

Komanda hazırlıq prosesinin ikinci mərhələsini Sloveniyada keçirməyi nəzərdə tutur. İyun ayının 14-27-dək davam edəcək toplanış çərçivəsində “İnter” beş yoxlama qarşılaşması keçirəcək. Rəqiblərin adları hələlik məlum deyil.

Əlavə edək ki, toplanışın sonunda komandanın vətənə qayıdıb-qayıtmayacağı Avropa Liqasında aparılacaq püşkatmanın nəticəsindən asılı olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail