Sebahettin Tekin: "Onun "Qarabağ"a gəlişi çox yaxşı oldu" Müsahibə
"Qarabağ"ın texniki koordinatoru Sebahettin Tekin klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
-
"Qarabağ"Futbol Akademiyası üçün geridə qalan mövsümü necə
dəyərləndirirsiniz?
-
Biz mövsümün əvvəlində oyunçular və məşqçilərlə bərabər qarşımıza bir hədəf
qoymuşduq - hər yaş qrupunda iddialı bir komanda qurmaq və çempionluğa oynamaq.
Məşqçilərlə, futbolçularla çox xüsusi proqramda çalışdıq. Əvvəlki mövsümlə
müqayisədə nəticələr daha da qənaətbəxş oldu. Bu işi bacardıq. Bu uğura
rəhbərlik və digər işçilər də daxildir. Rəhbərliyin verdiyi dəstək nəticəsində,
məşqçilər nəticəsində hər bir yaş qrupunda bu uğura nail olduğumuzu düşünürəm.
Əlbəttə ki, bu işlərin sübutu olmalıdır. Biz bu işləri etdik, yoxsa etmədik?
Rəqəmlər olmalıdır. U-13 yaş qrupumuz çempion oldu. Həmin yaş qrupunda"Sabahın
ulduzlar"ında da çempionluq yaşadıq. "Qarabağ" klubuna iki kubok
gətirdik. Ən yaxşı müdafiəçi və bombardir bizim komandanın üzvləri sırasında
yer aldı. Ən az qol buraxan və ən çox qol vuran komanda da bizimki oldu. Bizim
U-19 komandamız finala qədər irləlilədi və gümüş medal qazandı. U-11 komandası Heydər
Əliyev turnirində finalda oynadı və gümüş medal əldə etdi. U-19 və U-11
çempionatlarında da bizim futbolçularımız bombardir oldular. Bundan başqa
əvvəlki illərlər müqayisədə milli komandalara cəlb olunan futbolçularımızın da
sayı artıb. Milli komandalarda 13 futbolçumuz var. Bu mövsüm əsas komandaya iki
oyunçu verdik.
- Demək ki, bu mövsüm aşağı yaş qruplarının çıxışından razı qaldınız?
- Bəli, çox razı qaldım. Mən yenə deyirəm. Bu işlərdə payı olan hər kəsə
təşəkkür edirəm. Biz qorxmamağı öyrəndik. Əvvəlcə oyunçuları psixioloji
hazırladıq, daha sonra isə texniki sxemi öyrətdik. Bizim üçün vacib olan bir
ailə qurmaqdı. Uğurlarımızın tək səbəbi bir ailə olmağımızdır.
- Bu mövsüm hansı layihələri həyata keçirə bildiniz?
- Bizim üçün vacib olan bir ailə ab-havası qurmaq, psixioloji cəhətdən
komandanı hazırlamaq idi. Meydanda işləmək planımız da çox fərqli idi. Xüsusi
proqram üzərində işlədik. Biz araşdırma mərkəzini yaratdıq ki, ölkədə olan
perspektivli futbolçuları nəzarətimizdə saxlaya bilək. Rəqib komandaların zəif
və güclü tərəflərini müəyyənləşdirdik. Seleksiya işlərində də səhvlərə yol
vermədik. "Qarabağ"Futbol Akademiyasına yeni sima dəvət olunub - Emin
Abbasov. Artıq onunla birlikdə gələn mövsümün planlarını hazırlayırıq.
İnşallah, "Qarabağ" klubu bütün yaş qruplarında iddiasını daha da
artıracaq.
Gələn mövsüm həyata keçiriləcək layihələr nədən ibarət olacaq?
- Artıq Emin bəylə bu barədə müzakirələr aparmışıq. Onun "Qarabağ"a
gəlişi çox yaxşı oldu. Emin bəyin bura gəlməsi ilə mənim gücümün ikiqat
artdığını düşünürəm. Rəhbərlik də istədiklərimi həyata keçirir. Buna görə Tahir
bəyə, Emrah bəyə təşəkkürlərimi bildirirəm. Bizim idman məktəblərimiz var və
biz ilk növbədə bu məktəbləri genişləndirmək istəyirik. Öz yetişdirdiyimiz
uşaqları yuxarılara aparmağa çalışırıq. Uşaq futbolumuzda tətbiq etdiyimiz
sistem təkmilləşmələcək, yetirmələrimizin xaricdə çıxış etməsi üçün nəzərdə
tutulan layihələr tətbiq olunacaq. Bir sözlə, planlar çoxdu.
- Gələn mövsümdə "Qarabağ"ın futbolçularından kimlərisə əsas
komandada görə biləcəyik?
- Bəli. U-19 millisinin üzvü olan Tural "Qarabağ"ın əsas komandası
ilə məşqlərə çıxır, toplanışlara gedir. Bilal, Fuad , Nurlan kimi yaxşı
oyunçularımız da əsas komandaya namizəddirlər. Qısa zamanda "Qarabağ"ın
heyətində aşağı yaş qruplarında yetişən ən azı 4-5 futbolçu görəcəksiniz.
- "Qarabağ"ın aşağı yaş qrupları gələcəyə nə vəd edir? Siz bu
qrupları necə görmək istəyirsiniz?
- Bütün məşqçilər əlindən gələni edir. Bizim hal-hazırda qurduğumuz sistem
var. Bu belə davam edirsə, çox qısa bir vaxtda Azərbaycanda birinci olmaq
istəyirik. Futbolçular öz aralarında necı yarışırlarsa, məşqçilər də öz
aralarında belə yarışır. Biz çox iddialıyıq. Mən öz adıma bir söz demək
istəyirəm. Bir məşqçi 2 dəfə işləyirsə, mən 4 dəfə işləyəcəm. Çünki mən onlarla
yarışıram. Mən komandalarımızı ən üst səviyyədə görmək istəyirəm və görəcəyimə
inanıram.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |