"Beşiktaş" 4 futbolçunu heyətinə qatır

17.05.2013 | 4938 dəfə oxunub

Növbəti mövsümdə daha iddialı komanda qurmağı hədəfləyən "Beşiktaş" rəhbərliyi artıq transfer çalışmalarına başlayıb. Stadium.az xəbər verir ki, bu məqsədlə "Qara qartal" mövsümün sonunda "Sivasspor"la müqaviləsi bitəcək Erman Kılıçla razılığa gəlib. "Beşiktaş"ın 29 yaşlı futbolçuyla 3 illik sözləşmə imzalayacağı və hər mövsüm üçün futbolçuya 1 milyon 150 min Türkiyə Lirəsi ödəyəcəyi bildirilir. 
"Beşiktaş" həmçinin "İnögölspor"un qolçusu Raif Demir və sol cinah futbolçusu Berkay Günay ilə də razılığa gəlib. Verilən məlumatlara görə, hər iki futbolçu İstanbul klubuna azad agent kimi qoşulacaq. "Qara qartal"ın hədəfindəki digər isim isə Burhan Eşerdir. Müqavilə ilə "Eskişehirspor"a məxsus olan, lakin icarə əsasında "Mersin İdmanyurdu"nda forma geyən Burhan üçün klubuna 350 min avroluq təklif irəli sürən "Beşiktaş" qarşı tərəfdən cavab gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail