"Valensiya"lı futbolçu "Qalatasaray" və "Fənər"in hədəfində

17.05.2013 | 4996 dəfə oxunub

"Fənərbaxça" klubu "Valensiya" klubunun aparıcı üzvü Tino Kostanı heyətinə qatmaq istəyir. Stadium.az xəbər verir ki, "sarı-lacivərdlilər" Kostanın transferi ilə bağlı qarşı tərəfə müraicət etməyə hazırlaşarkən, İspaniya mətbuatı ortaya mqaraqlı iddia atıb. Bəlli olub ki, əzəli rəqibindən daha cəld tərpənən "Qalatasaray" artıq Kostanın transferini reallaşdırmaq üçün "Valensiya" ilə danışıqlara başlayıb. 
"Fənərbaxça" hələ ötən il Kostanı heyətinə qatmaq istəsə də, arzusuna çata bilməmişdi. Bu dəfə "Fənər" argentinalı futbolçunun transferini reallaşdırmaq üçün başqa vasitəyə əl atıb. Belə ki, "sarı-lacivərdlilər" "Valensiya"nın sabiq futbolçusu, hazırda "Fənər"in heyətində çıxış edən Mehmet Topalın meneceri Batur Sltıparmakın vasitəsilə keçidi həll etmək istəyir.
Argentinalı futbolçunun meneceri olan atası Andres Qarsiya da Kosta ilə bir çox klubun maraqlandığını söyləyib: "Şərikim hazırda Türkiyədədir. Türkiyənin bəzi klubları oğlumu heyətində görmək istəyir. Lakin hələlik ortada rəsmi heç nə yoxdur".
Tino Kostanın özü isə verdiyi açıqlamada "Qalatasaray" haqda xoş fikirlər səsləndirib: "Türkiyə futbol ölkəsidir, "Qalatasaray" da möhtəşəm klubdur. Amma düzünü eşitmək istəyirsinizsə, nədən bəhs edəcəyimi bilmirəm. Çünki "Qalatasaray"dan real təklif almamışam. İndi bütün diqqətimi "Valensiya"nın uğurlarına yönəltmişəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail