"Kim nə deyirsə desin, mən PFL-n işindən razıyam"

16.05.2013 | 4076 dəfə oxunub

“Biz Ramin müəllimlə 2004-cü ildən “Neftçi”də birgə çalışmışıq. Ramin Musayev özunu bacarıqlı işçi, rəhbər kimi göstərmişdir. Bu gün də Peşəkar Futbol Liqasına rəhbərlik edir. Kim nə deyirsə desin, mən PFL-n işindən, Premyer Liqanın təşkilindən və oyunların keçirilməsindən razıyam". Stadium.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

AFFA prezidenti klublarımızın avrokuboklardakı çıxışı haqda da danışıb: "Premyer Liqanın səviyyəsinin yüksək qalmasında PFL-in əməyi böyükdür. Qısa bir zamanda PFL-də müsbətə doğru dönüş yaranıb, çempionat oyunlarının təşkili və oyunsonrası analizi yüksək səviyyədədir. Klublara söz verdiyimiz kimi ədalətli bir təşkilat kimi özümüzü göstərə bildik. Bu uğurlu işləri davam etdirəcəyik. Cənab Prezident 2015-ci ilə qədər futbolumuzun inkişaf proqramını qarşımıza vəzifə olaraq qoyub. Klub səviyyəsində göstəricilərimiz az deyil. Bir neçə il əvvəl Avropada bir mərhələ keçməyi özümüz üçün uğur hesab edirdiksə, ötən mövsüm “Neftçi” Avroliqanın qrup mərhələsinə qədər yüksələ bildi. Artıq hədəf yalnız qrup mərhələsi ilə kifayətlənməməlidir. İnanıram ki, bu il Avrokuboklarda klublarımız daha böyük uğurlara imza atacaqlar. Milli çempionat artıq başa çatır. Çempionun kimliyi sona bir tur qalmış məlum oldu. Premyer Liqa maraqlı keçdi. Gələn mövsüm çempionat yeni formatda keçiriləcək və PFL qarşısında yeni məsələlər duracaq. I Divizionda da dəyişikliklər var, əsasən 21 yaşlı gəncləri bura cəlb etdik. PFL-in qarşısında duran əsas məsələlərdən biri də 2016-cı və 2020-ci il Avropa çempionatları üçün futbolçuların yetişdirilməsidir. 2020-ci il Avropa çempionatını keçirmək üçün namizədliyimizi irəli sürmüşük, buna nail olmaq üçün real şanslarımız var. Milli komandalarımızı final mərhələlərində görmək Prezidentimizin, xalqımızın arzusudur. Çempionat başa çatır, qurumun bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Təşkilati baxımdan bir problem yoxdur. Gələn mövsüm üçün də futbolun daha baxımlı və maraqlı olması üçün çalışmalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail