"İnter"in futbolçusu 5 oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Stadium.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
13 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXI turunun
“Simurq” – “İnter” matçının 86-cı dəqiqəsində “Simurq” klubunun 20 №-li
futbolçusu İlqar Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat
(maddə 37.1).
13 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXI turunun “Rəvan”
– AZAL matçında hər iki klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün
hər iki klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 90+4-cü dəqiqəsində AZAL klubunun 7 №-li
futbolçusu Elgün Abbaslı rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000
manat(maddə 42.1).
13 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXI turunun
“Qarabağ” – “Bakı” matçının 29-cu dəqiqəsində Mahir İbrahimov hakimi təhqir
etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün
futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat (maddə 42.3).
11 may 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan
Divizionunun XXV turunun “Şəmkir” – “Tərəqqi” matçında “Şəmkir” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur(maddə
40).
11 may 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan
Divizionunun XXV turunun “Energetik” – “Qala” matçının 45-ci dəqiqəsində
“Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov kobud oyuna görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır,
klub 200 manat cərimə olunur (maddə 37.1).
Matçın 75-ci dəqiqəsində “Energetik” klubunun 12
№-li futbolçusu Zamir Cəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20
manat cərimə olunur (maddə 48).
07 may 2013-cü il U-19 Liqasının “Qəbələ” –
“Qarabağ” matçının 65-ci dəqiqəsində “Qarabağ” klubunun 16 №-li futbolçusu
Elton Turabov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
16 may 2013-cü il "Azercell U-17 Liqa"nın
“Qəbələ” – “Gənclik” matçında “Gənclik” klubu iştirak etmədiyi üçün kluba 0:3
hesablı texniki məğlubiyyət verilir (maddə 56).
13 may 2013-cü il "Azercell U-17 Liqa"nın
“Qarabağ” – “Neftçi” matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 77 №-li
futbolçusu Toğrul Həsənzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə
48).
Oyunun 80-ci dəqiqəsində “Neftçi” klubunun 20 №-li
futbolçusu Vüsal Hüseynov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
06 may 2013-cü il "Azercell U-17 Liqa"nın
“Rəvan” – “Qarabağ” matçının 63-cü dəqiqəsində “Qarabağ” klubunun 3 №-li
futbolçusu Cavid Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
06 may 2013-cü il "Azercell U-17 Liqa"nın
AZAL – “Turan” matçının 76-cı dəqiqəsində “Turan” klubunun 6 №-li futbolçusu Məcid
Xəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
13 may 2013-cü il "Azercell U-17 Liqa"nın
“Kəpəz” – ROİL matçında ROİL klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı
texniki məğlubiyyət verilir. Klub 3 dəfə oyunlarda iştirak etmədiyinə görə
yarışlardan kənarlaşdırılır(maddə 56).
09 may 2013-cü il U-16 Liqasının “Bakı” – “Neftçi”
matçının 80+3-cü dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu İbrahim Əliyev
hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
15 may 2013-cü il U-16 Liqasının “Turan” – AZAL
matçında AZAL klubunun iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət
verilir (maddə 56).
09 may 2013-cü il U-16 Liqasının “Qarabağ” – “Turan”
matçının 57-ci dəqiqəsində “Turan” klubunun 9 №-li futbolçusu Natiq Qüdrətov
hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
14 may 2013-cü il "Kapital Bank U-15
Liqa"nın “Əlincə” – “Qəbələ” matçının 50-ci dəqiqəsində “Qəbələ” klubunun
baş məşqçisi Halim Fıçıcı təhqiredici hərəkətə görə meydandan kənarlaşdırıldığı
üçün 5 oyunluq cəzalanır (maddə 42.4).
07 may 2013-cü il U-14 Liqasının “Şirvan” – “Xəzər Lənkəran”
matçının 40-cı dəqiqəsində “Şirvan” klubunun 10 №-li futbolçusu İsmayıl Qəmbərov
kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün
futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).
13 may 2013-cü il U-14 Liqasının “İnter” – “Neftçi”
matçının 20-ci dəqiqəsində “Neftçi” klubunun baş məşqçisi Ramil Həbibov hakimə
etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır(maddə
62).
07 may 2013-cü il "Coca-Cola U-13
Liqası"nın “İnter” – “Neftçi” matçı başa çatdıqdan sonra “İnter” klubunun
5 №-li futbolçusu Bayram Paşazadə hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanır
(maddə 42.3).
12 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan
birinciliyinin “Ağstafa” – “Avey” matçının 86-cı dəqiqəsində “Ağstafa” klubunun
9 №-li futbolçusu İsmayıl İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə
37.1).
Oyunun 89-cu dəqiqəsində “Ağstafa” klubunun 11 №-li
futbolçusu Vüqar Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə
42.3).
14 may 2013-cü il Həvəskarlar arasında Futzal üzrə Azərbaycan birinciliyinin “Baku Fire” – “Rabitə” matçının 35-ci dəqiqəsində “Rabitə” klubunun 10 №-li futbolçusu Əhməd Budaqovla, “Baku Fire” klubunun 12 №-li futbolçusu Aleksandr Şarkon aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanır (maddə 38.3).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |