"Neftçi" son 16 turda meydanı qol vurmadan tərk etməyib

16.05.2013 | 4219 dəfə oxunub

Premyer Liqada çempionluğu vaxtından əvvəl təmin etmiş “Neftçi” PFK həm də 59 qolla çempionatın ən məhsuldar komandasıdır. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, flaqman keçirdiyi 31 oyunun cəmi 3-də fərqlənə bilməyib. Son 16 turdur ki, “Neftçi”nin futbolçuları meydanı qol vurmadan tərk etmirlər. Bununla yanaşı “Neftçi” ayrı-ayrılıqda ev və səfər oyunlarında vurduğu qolların sayına, eləcədə topladığı xallara görə bütün rəqiblərini qabaqlayır. Futbolçular doğma meydanda 38, səfər qarşılaşmalarında isə 23 dəfə qol sevinci yaşayıb. “Neftçi” həm də çempionatın ən çox qələbə qazanan komandasıdır. Flaqman keçirdiyi 31 görüşdən 19-da meydanı 3 xalla tərk edib. İlk altılıqda ən az heç-heçə etmiş “ağ-qaralar” cəmi 5 matçda rəqibləri ilə sülh bağlayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail