"Dənizlispor" həmyerlilərimizi cəzalandıra bilər

15.05.2013 | 3106 dəfə oxunub

“Tək “Ankaragücü” matçınınkı yox, bütün mükafatlar futbolçulara verildi”. Stadium.az xəbər verir ki, bu sözləri “Dənizlispor”un maliyyə məsələləri üzrə vitse-prezidenti Taner Atilla deyib. Bazar ertəsi “Dənizlispor”un 24 futbolçusu klub rəhbərliyi əleyhinə bəyanat yayıb. Rail Məlikovla Arif İsayevin də imzasının olduğu bəyanatda futbolçulara söz verilən pulların ödənilməməyi pislənilib. Bundan sonra klub rəhbərliyi futbolçuların pullarını ödəyib. Bu üsyanın başında kapitan Vəli Acarın durması isə klub rəhbərliyinə pis təsir edib. Atillanın sözlərinə görə, kapitan bu hərəkətlərindən öncə düşünsə, yaxşı olardı: “Heç olmazsa, mənə zəng edərdilər, ancaq axtarmadılar. Kapitan dediyin adam belə hərəkətlərin qarşısına keçib abilik edər. Bir neçə futbolçunun müqaviləsi yenilənmədi deyə bu cür hərəkətlərə ehtiyac yox idi. Üstəlik, Vəli Acar komandada ən çox pul alan oyunçulardandır. Bu komanda bu şəhərin hər şeyidir, ən böyük dəyəridir. Pul problemi hər klubda olur, amma əsl problem köhnə rəhbərliyin vaxtından alacaqlarla bağlıdır. Vəli Acar və bir çox futbolçunun bizim dönəmdə alacaqları yoxdur”. 

Məhz bu açıqlamadan sonra məlum olub ki, klub rəhbərliyi toplantı keçirib. Hərəkətləri ilə narazılığa səbəb olan bəzi oyunçuların intizam qaydalarını pozduqlarına görə cəzalandırılması qərara alınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail