Berlində Heydər Əliyevə həsr olunmuş turnir keçirilib

14.05.2013 | 3780 dəfə oxunub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Almaniyanın paytaxtı Berlində 13 yaşadək uşaqlardan ibarət komandalar arasında mini-turnir keçirilib. Stadium.az xəbər verir ki, turnirdə Almaniya, Çexiya, Sloveniya, Danimarka təmsilçiləri ilə yanaşı, Almaniyada yaşayan azərbaycanlılardan təşkil olunmuş "Azəri" klubu da mübarizə aparıb. 10 komandanın çıxış etdiyi turnirdə 150 uşaq iştirak edib. Mini-turnirin qalibi Almaniya təmsilçisi olub. İkinci yeri Çexiya, üçüncü pilləni Danimarka komandası tutub. "Azəri" komandası turniri dördüncü yerdə başa vurub. Oyunlar başa çatdıqdan sonra konsert proqramı təqdim olunub. Yarış iştirakçılarının şərəfinə ziyafət verilib.

Qarşılaşmaları AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts izləyib.

Qərara alınıb ki, ümummilli lider Heydər Əliyevin anadan olduğu 10 may tarixində hər il Berlin şəhərində analoji turnir təşkil olunsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail