Asim Xudiyev: “İndi də Şuşadan Zarıslıya gözübağlı gedərəm” Müsahibə

13.05.2013 | 7782 dəfə oxunub

Mayın 8-i Şuşanın işğal günüdü. Bunu hamımız bilirik. Amma az adamın Asim Xudiyevin şuşalı olduğundan xəbəri var. Əslində onunla qəzetin ötən sayı üçün müsahibə götürməyi planlaşdırırdım. Həm Şuşa haqda, həm Mən futbolçu olanda...” rubrikası üçün. Amma müsahibimin işinin çox olması onun təklifi ilə yazını bu günə saxlamaq məsləhət oldu.

Asim Xudiyev 1957-ci il fevralın 22- Bakıda anadan olub. 70-ci illərin sonları, 80-ci illərin əvvəllərindəNeftçinin şərəfini qoruyub. Daha sonra bir müddət Kirovabadın (indiki Gəncəred.) “Kəpəz QazaxınGöyəzən”  komandalarında oynayıb. Futbolçu karyerasını bitirdikdən sonra hakimliklə məşğul olmağa başlayıb, FİFA referisi kimi Azərbaycanı təmsil edib. Hazırda FİFA-nın hakim-inspektoru, Azərbaycan Futzal Federasiyasının koordinatorudu. Onun haqda qısaca məlumat bu qədər. Daha geniş məlumat da vermək olardı... Amma məncə buna ehtiyac yoxdu.

Asim Xudiyev ilə ilk tanışlığın 2008-ci ilin avqustuna təsadüf edir. Həmin vaxt İslandiyayamillimizin bu ölkənin komandası ilə yoldaşlıq görüşünü izləməyə birgə getmiş, yol yoldaşı olmuşduq. Asim müəllim AFFA, mənsə “525-ci qəzetin nümayəndəsi kimi. Asim müəllimin yaxşı futbolçu olduğunu eşitmişdim. Bunun sübuta ehtiyacı da yoxdu. SSRİ dönəmindəNeftçinin əsas heyətində yer eləmək özü bir sübutdu. Yaxşı hakim olduğundan da  xəbərdaram. İndiyə kimi adı heç bir qalmaqalda hallanmayan yeganə FİFA hakimimiz kimi yaddaşlarda qalıb. Yaxşı insan olduğuna isə bayaq qeyd etdiyim İslandiya səfərindən sonra əmin oldum. Beləliklə, Asim Xudiyevin dili iləMən futbolçu olanda...”

***

Şuşa nəinki Qarabağın Azərbaycanın, eləcə dünyanın ən gözəl yerlərindən biridi. Atam Xəlil kişi əslən ŞuşadanZarıslı kəndindən idi. Anam da qarabağlıdı. Atam orta məktəbi bitirəndən sonra 50-ci illərin əvvəllərində Bakıya oxumağa gəlib, Neft Kimya İnstitutunun tarix fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra isə təyinatla Bakıda qalıb, burada ailə həyatı qurub. Ailədə 3 uşaq olmuşuq- böyük qardaşım, mən sonbeşiyimiz bacım. O vaxt Bakıda Kirov, indiki Binəqədi rayonunda yaşayırdıq, elə həmin rayondakı 100 saylı məktəbdə birinci sinfə getmişəm. Şuşa ilə bağlı o qədər xatirələrim var ki. Uşaq vaxtı məktəbdən yay tətilinə buraxılanda atam bizi doğma Zarıslıya aparırdı. Bütün yayı demək olar ki, Şuşada keçirirdik. Zarıslı dağların qoynunda yerləşirdi. Çox gözəl mənzərəsi var idi. Təxminən 20-ə yaxın evdən ibarət idi. Zarıslı ilə Şuşanın arası o qədər uzaq deyildi. Xankəndindən Şuşaya, Şuşadan Zarıslıya gedən yolun hər addımı, hər döngəsi, hər eniş-yoxuşu gözümün qabağındadı. Dağların qoynundan, çayların ətəyindən keçən dolanbac yollar idi. İndi Şuşadan Zarıslıya gözübağlı gedərəm. Hər bir azərbaycanlıya ata-ana yurdu doğmadı, amma Şuşa hamımız üçün əzizdi. Bayaq da dediyim kimi, hər il yayda əvvəl avtobusla Xankəndinə gedirdik. Yolüstü Ağdamda ana babamgildə dayanırdıq. 5-10 gün orada dincələndən sonra Şuşaya, oradan da kəndimizə yollanırdıq. İllər keçdikcə biz böyüdük səfərlərimizin müddəti getdikcə qısalmağa başladı. Bədən Tərbiyəsi İnstitutuna daxil olandan Neftçi keçəndən sonra bu müddət lap azaldı. Amma buna baxmayaraq, hər il bir dəfə olsun Şuşaya getməyə imkan tapırdım. Sonuncu dəfə Şuşada 1986- ilin yay aylarında olmuşam. Həmin vaxtKəpəz idim 2-ci dəstədə çıxış edirdik. Xankəndinə – “Qarabağla oyuna getmişdik. Həmin oyunda qalib gəldik - 1:0. Oyundan əvvəl Şuşaya gedə bilməmişdim. Amma oyundan sonra məşqçidən icazə alaraq rayonumuza getdim. Şuşaya çatanda axşam idi. Gecəni qohumlarımın evində keçirdim, onlara baş çəkdim. Səhəri gün günorta isə geriyəkomandanın düşərgəsinə qayıtdım. O vaxt haradan bilərdim ki, bir Şuşanı görməyəcəm? İki il sonra məlum hadisələr başlayandan sonra isə bir daha Şuşaya getməyə imkan olmadı.

***

80-ci illər idi. “NeftçiŞuşaya təlim-məşq toplanışına getmişdi. Baxmayaraq ki, Şuşada stadion yox idi, biz məşq üçün Xankəndinə gəlir, məşqdən sonra isə Şuşaya dönürdük. Şuşada balaca bir məktəb stadionu vardı. Fiziki hazırlıqları orada keçirdik. Yerli camaatın bizə çox böyük marağı vardı. Zarafat deyil, o boydaNeftçibir aya yaxın Şuşada qaldı. Şuşada xeyli qohum-əqrabam var idi. Təlim-məşq prosesi o qədər maraqlı keçirdi ki, Şuşanın özündən deyil, ətraf rayon kəndlərdən bizi izləməyə gələnlər olurdu. Hər gün bir müəssisə ya təşkilat şərəfimizə şam yeməyi təşkil edirdi. Turşsuya, Qırxpilləkənə, başqa görməli yerlərə dəvət alırdıq. Təlim-məşq toplanışı vaxtı Xankəndinin komandası ilə yoxlama oyunu keçirdik. Komanda əsasən ermənilərdən təşkil olunmuşdu, amma adıQarabağidi. “Qarabağla oyundan bir həftə sonra İrəvandaAraratla qarşılaşmalı idik. Azarkeşlərin əksəriyyəti erməni idi Qarabağı dəstəkləyirdi. Amma Ağdamdan, Şuşadan ətraf kəndlərdən gələn azırbaycanlılar da az deyildi təbii ki, bizim tərəfimizi tuturdular. Oyun zamanı erməni futbolçular bizə qarşı kobud oynayırdılar. Səbəbi isə, bayaq dediyim kimi, bir həftə sonraAraratilə oyun idi. Qəsdən bizə zədə yetirmək istəyirdilər. Həmin vaxt məşəqçi tez bir neçə nəfər əsas heyət oyunçusunu, o cümlədən Maşallah Əhmədov İsgəndər Cavadovu əvəzlədi. Oyunu 5:0 hesabı ilə qazandıq. Hətta matçdan sonra ermənilərlə azərbaycanlılar arasında insident baş verəcəkdi. Amma milislər buna imkan vermədilər. “Araratilə oyuna gəlincə isə, həmin oyun heç-heçə başa çatmışdı – 1:1.

***

Şuşa işğal olunan gün Bakıda idim. Xəbəri RusiyanınVremyaproqramından eşitdim. Əlbəttə çox üzücü idi. Həm ata yurdunu, həm Vətəninin bir parçasını itirməyi eşitmək ağır idi. Hətta yadımdadı ki, aparıcı həmin xəbəri bir qədər sevincək səsləndirmişdi. Yəqin ki, ermənipərəst oluduğunda irəli gəlirdi. İndiyə kimi dünyanın 70-dən çox ölkəsində olmuşam. Şuşanı ölkələrlə deyil, ölkələri Şuşa ilə müqayisə etmişəm. İsveçrədə olarkən, Alp dağlarını görəndə, çox təsirləndim. Şuşamız qədər olmasa da, gözəl idi. Bir növ haradasa, mənə Şuşanı xatırlatdı. Yanımda olan əcnəbilərə Alp dağlarının gözəlliklərini göstərərəkBizim Şuşa burudan qat-qat gözəldideyəndə təəccüblənirdilər. Hətta bəzilərinin heç Azərbaycanın üzləşdiyi Qarabağ problemi haqda xəbəri yox idi. Çoxları Şuşanı, Qarabağı tanımır. Azərbaycan haqda, Bakı haqda müəyyən məlumatları var. Amma deyəndə ki, ermənilər 20 faizdən artıq torpağımızı işğal ediblər, inanmaqları gəlmir. Hətta UEFA-da işləyən bir çox məmurlar da Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunması faktından xəbərsizdilər. Həmişə hansısa səfər zamanı özüm ilə Azərbaycanı təbliğ edə biləcək materiallar aparmağa çalışmışam. Görüşlər zamanı Qarabağ haqda doğru məlumatları həmsöhbətlərimə çatdırmışam. Bu, təkcə mənə yox, hamımıza aid olmalıdı. 21 ildi ki, Şuşa, Qarabağ, ətraf rayonlarımız erməni işğalı altındadı. Hamımız səbirsizliklə torpaqlarımızın qayıdacağı günü gözləyirik.

***

Məktəbdə oxuyarkən futbola böyük həvəsim vardı. Yaşadığım yerdə binaların arasında futbol meydançası var idi, özü indiyə kimi yadımdadı, bir qədər əyri. Bundan başqa məktəbimizin stadionu var idi. Hər gün dərsdən əvvəl sonra orada top qovurduq. Çantalardan ibarət qapılar qururduq. Axşam evə gedəndə köynək suyun içində olurdu, pioner qalstuku isə çantada. Bir sözlə məktəbli görünüşündən əsər-əlamət qalmırdı. 4- sinifdə olanda məktəbdə elan verdilər ki, kim istəyirsə, futbol kurslarına yazılmaq üçün yoxlanışa gələ bilər. Yoxlamaya 60-a yaxın şagird getmişdi. Bizim məktəbdən 4 nəfəri yeni açılmış futbol məktəbinə qəbul oldu. Qeyd edim ki, həmin məktəbin direktoru futbol əfsanəmiz Ələkbər Məmmədov idi. 1974- ilə kimi müxtəlif şəhər respublika birinciliklərində çıxış etdim. Həmin il artıq məzun olduq bir qrup gənc futbolçunuNeftçi baxışa göndərdilər. Onlarından biri mən idim yoxlamadan uğurla keçərəkNeftçinin əvəzedici heyətinə düşdüm. O vaxt komanda aşağı dəstədə idi perspektivli futbolçularınitməməsiüçün bizi komandada saxladılar. İsgəndər Cavadov. Maşallah Əhmədov, Səmədağa Şıxlarov, Ponamoryov kimi futbolçularla birgə idim. Bir müddət oyun praktikasını saxlamaq məqsədilə bizi yeni yaradılmışAvtomobilçi göndərdilər. 1977-ci ildəNeftçiyenidən yüksək dəstəyə vəsiqə qazandı həmin futbolçular komandaya qaytarıldı. 1985-ci ilə kimiNeftçinin şərəfini qorumuşam. SSRİ çempionatının rəsmi matçlarında 180 dəfə meydana çıxmışam. Kubok digər oyunları da nəzərə alsaq, 200-ü keçib. Amma bir dəfə olsun qol vura bilməmişəm. Mənim vəzifəm qol vurmaq yox, rəqib hücumçuların qarşısını almaq idi. Qol vurmaq isə İsgəndərə, Maşallaha aid idi. Doğrudu, əvəzedicilərin heyətində bir neçə dəfə fərqlənmişdim. Əsas da güclü zərbələrim olduğundan, cərimə zərbələrindən qol vurmuşdum. Amma əsas komanda başqa idi. Burada həmin işi məndən daha yaxşı dəqiq yerinə yetirən futbolçular var idi.

***

İlk dəfə YerevandaAraratla oyunda meydana çıxmışam. 80 minlikRazdanda oynamaq məharət tələb edirdi. Ümumiyyətlə, ermənilərlə qarşılaşma həmişə çətin olurdu. Oyuna görə yox, psixoloji baxımdan. Təsəvvür edin ki, bütün stadion ermənilərlə doludu futbolçu üzərində hər tərəfdən böyük təzyiq hiss edir. Baş məşqçimiz Gennadi Bondarenko idi. Oyundan əvvəl mənə hazır olmağımı tapşırdı adımı iştirak ərizəsinə saldı. Yaxşı yadımdadı, 78-ci dəqiqədə Nikolay Smolnikov zədələndi onu əvəzlədim. 80 min azarkeşin uğultusu altındaNeftçinin forması ilə ilk dəfə meydana belə çıxmışam. O qədər həyəcanlı idim ki, sözlə ifadə eləmək çox çətindi. Bircə onu deyə bilərəm ki, həyəcandan tər məni basmışdı, formam yaş idi. Yeri gəlmişkən həmin oyun 1:1 hesabı ilə başa çatmışdı.

***

Neftçinin heyətində çox hücumçulara qarşı oynamışam. O vaxt SSRİ çempionatı dünyanın ən güclü birinciliklərindən idi. Yüksək liqada oynayan hər bir hücumçu öz işinin ustası idi. Yəni aralarında zəif yox idi. Amma onlardan 3-üOleq Bloxin, Valeri Qazzayev Ramaz Şengeliyaya qarşı oynamaq həmişə çətin olub. Hər üçü oyunu təkbaşına həll etməyə qadir futbolçuydu. Onlara qarşı fərdi oynamaq ağır idi. Bloxin futbola yüngül atletikadan gəlmişdi. Start sürəti çox yüksək idi. Qazzayev hiyləgərliyi ilə seçilirdi. Şengeliyada isə əla qol duyumu bombardirlik keyfiyyətlər  var idi

***

1985-ci ildəNeftçiilə yollarım ayrıldı. O vaxt komanda daxilində çəkişmələr var idi bir neçə futbolçunu, o cümlədən Maşallah Əhmədov, Ələddin Ələkbərov məni MinskDinamosu ilə Bakıdakı oyundan sonra (1:1-red.) komandadan göndərdilər. Dedilər ki, artıq bizə lazım deyilsiniz. Sonradan Maşallahı geri qaytardılar, Ələddin aşağı dəstə komandalarından birinə keçdi, mən isə yarım il futbolsuz qaldım. Cəmi 27 yaşım vardı, SSRİ-nin Olimpiya komandasının üzvü idim. Həmin illərdəNeftçinin hər bir üzvü başqa komandaların əsas heyətinin bəzəyi ola bilərdi. Mənə bir neçə təklif var idi. Onlardan biri MoskvanınSpartakkomandasından gəlmişdi. 1985-ci ilin sonlarındaSpartakBakıda oynayırdı. Baş məqşçiləri Konstantin Beskov biləndə ki, futbolsuz qalmışam, məni mövsümün sonunda Moskvaya çağırdı. Moskva klubunda Mirzoyan adlı erməni oynayırdı, futbolla vidalaşmaq vaxtıydı. Məni onun yerinə çağırırdılar. Amma Bakıdakı məmurlar imkan vermədi. 1986- ilin yanvarında Moskvaya getməyə hazırlaşırdım ki, “QAİşniklərmaşınımı saxlayaraq, cərimə meydançasına apardılar. Səbəbsiz-filansız. Özümə Bakını tərk etməməklə bağlı göstəriş verdilər. “Spartaka keçməyimin qarşısını almaq üçün. Sonradan bildim ki, yuxarıda oturan məmurlar bu planı cızıblar. Həmin vaxt atam Kirov Rayon Partiya Komitəsində rəhbər vəzifədə, anam isə həmin rayonun Neft Qaz İdarəsində işləyirdi. Onların da işinə xələl gələ bilərdi. Bu səbəbdən valideynlərimlə məsləhətləşdikdən sonra gözləmək qərarına gəldim. İlin sonunda məniKəpəzə göndərdilər. Düşünürdüm ki, yenidənNeftçi qayıdacam, amma Bakı klubunda vəziyyət qarışıq olduğundan bu, baş vermədi. “Kəpəzdən sonra qısa müddətəGöyəzən çıxış elədim 1988-ci ildə futbolçu həyatı ilə vidalaşdım.

Bir çox məşqçilərin rəhbərliyi altında çıxış etmişəm. Onların içərisində ən çox ürəyimə yatanı Əhməd Ələsgərov olub. Həm bir məşqçi, həm rəhbər, həm insan kimi. Bizim nəsil futbolçuların hansından soruşsanız ki, Əhməd müəllim necə insan, necə məşqçi olub, hamısı onun haqqında ağızdolusu danışacaqlar. Ağasəlim müəllimi qeyd etmək istərdim. Təəssüf ki, neçə ildi ki, heç kim belə bir mütəxəssisin təcrübəsindən yararlanmır. Ümumiyyətlə, o vaxtlarNeftçi məşqçi dəyişikliyi tez-tez baş verirdi. Bu da komandanın oyununa təsirsiz ötüşmürdü. “Neftçinin əsas bəxbəxtliyi bu fakt daxili çəkişmələr idi.

***

Futboldan gedəndən sonra təklif elədilər ki, “Neftçi məşqçi kimi işləyim. Həmin vaxt komandanı Ağasəlim Mircavadov çalışdırırdı. Bir müddət onun köməkçisi kimi işlədim. Hətta arada bir müddət digər köməkçilər xəstələnmişdi Ağasəlim  müəllimlə tək işləyirdik. Sonradan nəticəyə görə Mircavadovu komandadan göndərdilər yerinə rəhmətlik Ruslan Abdullayev gəldi. Gözləyirdim ki, öz işimi davam etdirəcəm. Həm uzun müddət komandada çıxış etmişdim, həm gənc idim. Amma mənə ehtiyac duymadılar. Dedilər ki, özümüzün adamları var. Onların bu hərəkət xətrimə o qədər dəymişdi ki, özümə söz verdimbir daha məşqçilik etməyəcəm beləliklə, hakimliyi seçəsi oldum.

***

1990- ildə SSRİ-nin perspektivli hakimi kimi məni təlim-məşq toplanışına çağırmışdılar. Həmin vaxt artıq 1-ci dəstədəki oyunlara təyinat alırdım. Azərbaycan birinciliyində isə ilk hakimliym BakınınAraz Sabirabadın İnşaatçıkomandalırı arasında keçirilən oyunda olub. Yan xətt hakimi kimi. 1992-ci ildən 2003- ilə kimi hakimlik etmişəm. Xeyli yaddaqalan oyunlar, futbolçular olub. Bir çoxları çılğınlığı ilə seçilirdi. Onlardan biriTuranın müdafiəçisi, yaxın dostum Sakit Alıyev idi. qədər çılğın olsa da, mən Tovuzda oyun idarə edəndə özünüyığışdırırdı”. Çalışırdım ki, belə futbolçularla dil tapım. Həm hamısı bilirdi ki, hakimliyə böyük futboldan gəlmişəm. Bu amilə görə əminliklə deyə bilərəm ki, futbolçuların 99 faizi mənə hörmət eləyirdilər. Hakim gərək meydanda öz avtoritetini, hörmətini qorusun. Həmişə çalışmışam ki, futbolçuları çox cəzalandırmayım. Qırmızı vərəqəni nadir hallarda, yüz faizlik epizodlarda göstərirdim. Hansısa futbolçunun mənə qarşı ədəbsizliyi yadıma düşmür. Həmin illər həmkarlarım zarafatlaAsim hardadısa, orada nizam-intizam sülh vardeyirdilər. Çünki idarə etdiyim oyunlarda intizamsızlıq olmurdu böyük hissəsi heç-heçə başa çatırdı.

***

Hakimliyim dövründə komandalarda pul indiki kimi yox idi. Bir-iki klubların maddi imkanı yüksək yox, normal idi. Həmin vaxt hakimlik üçün şərait zəif idi. Yadımdadı, Leytnant Şmidt adına stadionda keçirilən oyunların birində protokolu doldurmaq üçün adi masa belə yox idi, otağın lampası yanmırdı. Bu şəraitdən istifadə edənlər var idi hakimlərə rüşvət təklif olunurdu. Amma rüşvətdən çox hakimlərə təzyiqlər, hədələr var idi. Belə hədələrlə bir neçə dəfə Gəncədə, Tovuzda qarşılaşmışam. Ev komandasının rəhbərliyinin bəzi azarkeşlərə hakimlərə təzyiqlər göstərmək üçün yaratdıqları şəraitin şahidi olmuşam. Amma hakimlik sənətini seçənlər bütün bunları göz önünə almalıdılar. Hər bir hakim səhv edə bilər, amma hakimlik adına ləkə gətirə biləcək yollara əl atmamalıdılar. O vaxtkı dövrlə indini müqayisə edəndə böyük irəliləyişlər var. İndi hakimlik etmək üçün daha əlverişli şərait yaradılıb.

***

Beynəlxalq arenada ilk oyunum Türkiyə ilə Makedoniya yığmaları ilə oyuna təsadüf edib. Həmin vaxt türklərin heyətində bir neçə gün əvvəl Bakıya gəlmiş Hakan Şükür Rüştü Rəncbər var idi. Türklər 2:1 hesabı ilə qalib gəlmişdilər. 8 il müddətində UEFA mənə hər il 4-5 oyuna təyinat verirdi. Yaddaqalan oyunlardan ən birincisi MünhendəMünhen 1860”la ÇexiyanınSlaviyakomandaları arasında keçirilən matç olub. Hər şeydən ləzzət almışdımoyundan, stadiondan, azarkeşlərdən, ölkədən, şəhərdən, bir sözlə hər şeydən. 2004- ildə yaş həddi ilə əlaqədar hakimliklə vidalaşdım. Hazırda UEFA-nın hakim-inspektoru kimi çalışıram.

***

Həm futbol həyatında, həm hakimlik dövründə yaddaqalan çox hadisələr olub. Onlardan ikisini danışmaq istərdim. 1981-ci ildəNeftçiAfrika ölkələrinə turneyə çıxmışdı. Seyşel adalarına gedəndən bir gün sonra dövlət çevrilişi oldu bir düz 17 gün oradan çıxa bilmədik. Sonradan Hind okeanı vasitəsilə bizi evakuasiya eləmək üçün SSRİ hökuməti 2 hərbi gəmi ilə 500-dən çox əsgər göndərdi. Onların köməyi müşayiəti ilə geri dönə bildik. 1984- ildə isə MoskvanınDomodedovohava limanında bizim üçün yer ayırmışdılar. Təyyarəyə minənə kimi orada dincəlməli idik. Birdən baxdıq ki, bizim mərtəbədə yanğın baş verib. Güc-bəla ilə canımızı qurtara bildik.

İlqar TAĞIYEV, Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail