Vüsal siftə, Sadiqlə Anar isə debüt etdi

11.05.2013 | 6422 dəfə oxunub

Premyer Liqanın 30-cu turu çərçivəsində "Kəpəz”in qonağı olan "Rəvan” məğlub olsa da, oyun komanda üçün bəzi məqamlarla yaddaqalan oldu. Stadium.az xəbər verir ki, 2 futbolçu əsas komandada rəsmi debüt edib.

Müxtəlif səbəblərə görə "Dalğa Arena”dakı oyuna ciddi itkilərlə çıxan "Rəvan” əsas heyətin 5 dəyişməz üzvünün yoxluğunda əsasən daha az oynayanlar və gənclərlə mübarizə apardı. Çempionatlar tarixində 110-cu görüşünü keçirən komandada əvəzedici heyətin 2 üzvü - 1993-cü il təvəllüdlü qapıçı Sadiq Ramazanovla 1997-ci il doğumlu yarımmüdafiəçi Anar Həsənov debüt etdi. Sadiq bütün matçı meydanda keçirdisə, Anar 86-cı dəqiqədə meydana çıxdı və artırılmış vaxtı da nəzərə almaqla 8 dəqiqə oynadı. Bununla belə, qısa müddət ərzində o özü haqda müsbət fikir formalaşdırdı. Hər halda, oyundan sonrakı mətbuat konfransında baş məşqçi Ramil Əliyev gənclərdən məhz Anarın çıxışından razı qaldığını söylədi. Qeyd edək ki, Sadiq və Anar Premyer Liqada "Rəvan” forması geyinmiş uyğun olaraq 53-cü və 54-cü oyunçu oldu.

Zədə səbəbi ilə cari mövsüm elə də çox oynamaq şansı qazanmayan Vüsal Qarayev isə Premyer Liqada ilk dəfə start heyətində meydana çıxdı. Özü də oyunun sonlarında fərqlənən "9” nömrə cari mövsümdə ilk qolunu vurdu. O, "Rəvan"ın elitada mübarizə apardığı dövrdə fərqlənən 21-ci üzvü oldu. Qeyd edək ki, Vüsal ötən mövsüm 9 matçda meydana çıxsa da, qol vura bilməmişdi. Hər halda, bu dəfə "şeytanın qıçını qıran” Qarayev həm də komandanın qollu seriyasını 12 oyuna çatdırmasına yardım etdi. Bu qol eyni zamanda "Rəvan”ın Premyer Liqada rəqib qapılarından keçirdiyi 80-ci top oldu. Ötən mövsüm 39 dəfə fərqlənən komanda bu dəfə artıq 41 qol vurub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail