Premyer Liqada 29-cu turun rəmzi komandası bəlli oldu

09.05.2013 | 4341 dəfə oxunub

Premyer Liqada 29-cu turun rəmzi komandası müəyyənləşib. Stadium.az xəbər verir ki, Instat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən Premyer Liqada ötən turun rəmzi komandasını aşağıdakı futbolçular təşkil edib.

Qapıçı: Saşa Stamenkoviç (Neftçi)

Müdafiəçilər: İlia Kandelaki (İnter); Alvaro Silva (Xəzər Lənkəran); Elvin Yunuszadə (Neftçi); Ruslan Əmircanov, (İnter)

Yarımmüdafiəçilər: Ruslan Qurbanov (Sumqayıt); Taner Taktak (Sumqayıt); Nicat Qurbanov (Simurq); Taqim Novruzov (AZAL)

Hücumçular: Can Akgün (Sumqayıt); Junior Nildo (AZAL)

Turun ən yaxşı oyunçusu isə “Sumqayıt” klubunun hücumçusu Ruslan Qurbanov olub.

Ötürmələrdə ən dəqiq olan isə Tovuzun “Turan” komandası olub. Əyalət təmsilçisinin oyunboyu ötürmələrindəki dəqiqlik 85% təşkil edib.

Gəncənin “Kəpəz” klubunun futbolçuları isə hamıdan çox – 6 dəfə oyundan kənar vəziyyətə düşüb.

Ən çox top itkisinə yol verən komanda Ağdamın “Qarabağ” klubu, ən çox top ələ keçirən komanda isə “Xəzər Lənkəran” olub.

Müdafiədə ən uğurlu oyunu Bakının “Neftçi” klubu göstərib.

“Qəbələ” klubu turun ən çox qayda pozuntusuna yol verən komandasıdır.

Rəqib qapısına topla ən çox zərbə endirən futbolçu “Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanovdur.

Ötürmələrdə isə “Turan”dan Dmitri Pospelov və “Rəvan”dan Şəhriyar Rəhimov yüksək göstərici – hər biri 90% dəqiqlik göstərib.

Hava mübarizələrində “Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silva hamıdan üstün olub. İspaniyalı müdafiəçi hava mübarizələrinin 80%-də rəqiblərini üstələyib.

Alvaro Silvanın komanda yoldaşı Sadio Tounkara isə ən çox driblinq edən futbolçudur.

29-cu turun statistikası



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail