Milli komandamız dünya reytinqində yenə də 120-cidir

09.05.2013 | 3442 dəfə oxunub

 

FİFA bu gün milli komandaların növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Stadium.az xəbər verir ki, Azərbaycan yığmasının mövqeyində heç bir dəyişiklik baş verməyib. Millimiz əvvəlki kimi yenə də 120-cı pillədə qərarlaşıb. Komandamızın aktivində 276 reytinq balı var.

Milli komandamız sıralamada yenə də Antiqa və Barbuda, Tanzaniya, Surinam, Malavi, Efiopiya, Mozambik, Zimbabve, Liberiya, Oman, Benin, Niger, Uqanda kimi futbolu zəif inkişaf etmiş ölkələrdən geri qalıb.  

Dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Portuqaliya (5-ci yer), Rusiya (11) və Şimali İrlandiya (119) millilərinin mövqeyində dəyişiklik baş verməyib. İsrail millisi ötən ayla müqayisədə 1 pillə geriləyərək, 59-cu pillədə qərarlaşıb. İsrail kimi Lüksemburq da 1 pillə geriləyib və sıralamada 148-cidir.  

Dünya reytinqinin ilk 10 pilləsində heç bir dəyişiklik baş verməyib. İspaniya millisi əvvəlki kimi zirvədədir. Almaniya ikinci yerdə olduğu halda, Argentina yığması ilk "üçlüy"ü qapayır. İlk "10-luq"da həmçinin Xorvatiya, Portuqaliya, Kolumbiya, İngiltərə, İtaliya, Hollandiya və Ekvador milliləri qərarlaşıb. Türkiyə yığması əvvəlki kimi 44-cü pillədədir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail