Sumqayıt şəhərində mini-futbol meydançası istifadəyə verilib

08.05.2013 | 5685 dəfə oxunub

Sumqayıt şəhərində, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq silsilə tədbirlər davam etməkdədir. Stadium.az xəbər verir ki, dünən Sumqayıtda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və "Azərikimya" İstehsalat Birliyinin dəstəyi ilə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbində süni örtüklü mini-futbol meydançası istifadəyə verilib. Açılış mərasimində "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elgin Həbibullayev, AFFA-nın Baş katibinin müavini Sərxan Hacıyev, "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev, Sumqayıtın veteran futbolçuları - Telman Salahov, Tofiq Rzayev, Nazim Süleymanov, ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov, Şimal Regional Futbol Federasiyasının rəhbəri Yaşar Şəmilov və başqaları çıxış edib. Yeni meydançada topa ilk zərbəni Muxtar Babayev vurub. Ardından qonaqlara şagirdlərin hazırladıqları ədəbi-bədii kompozitsiya təqdim olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail