"Elvin Beqiri ”Xəzər Lənkəran”da kumirim idi" Müsahibə
“Xəzər Lənkəran”ın aşağı yaş qruplarında aprel ayından başlayaraq hər yaş qrupu üzrə “Ayın ən yaxşısı” nominasiyasının tərtib olunduğunu xəbər vermişdik. Qaliblərlə klubun rəsmi saytında müsahibə də təqdim olunmalı idi ki, bu mənada ilk müsahib İbrahim Qədirzadə olub. Ölkəmizin U-15 millisinin üzvü, “Xəzər Lənkəran”ın 1999-cu il təvəllüdlü yaş qrupunda "Ayın ən yaxşısı" seçilən İbrahimlə qısa söhbəti təqdim edirik.
- İbrahim, özün haqqında məlumat verərdin..
- 1999-cu ilin mart
ayının 21-də Lənkəran şəhərində anadan olmuşam. Futbola elə uşaq yaşlarından
böyük həvəsim olub.
- “Xəzər Lənkəran”a gəlişin nə vaxt baş verib?
- 2010-cu ildə “Xəzər
Lənkəran”ın aşağı yaş qruplarına seçimlər aparılırdı. Həmin vaxt özümü sınamaq
qərarına gəldim. Seçimlərdən uğurla keçdim və qəbul olundum. İlk müəllimlərim
Xəyal və Röyal Abbasov qardaşları olub.
- Öz yaş qrupunda “Ayın ən yaxşısı” seçilməyini kimdən eşitdin?
- Bizə demişdilər ki,
belə bir seçim olacaq. Amma kimin seçildiyini bilmirdik. Qonşumuz, media
sahəsində çalışan Cavid Əhmədoğlu mənə xəbər verdi. Sonra isə özüm rəsmi
saytdan oxudum.
- Nələr hiss etdin həmin an?
- Bizim yaş qrupunda
istedadlı uşaqlar çoxdur. Düzdür, seçildiyimə görə sevinirəm. Amma digər
dostlarım da bu ada layiq idilər. Etiraf edim ki, qürurlandım.
- Yəqin anlayırsan ki, bu sənin məsuliyyətini daha da artırır..
- Bəli. Bunu daim
düşünürəm. Çünki, məni seçən insanların etimadını doğrultmalıyam.
- “Xəzər Lənkəran”da çox sevdiyin, kumirin olan futbolçu kimdir?
- Elvin Beqiri.. Özüm
yarımmüdafiə xəttində çıxış etsəm də müdafiədə diqqətli olan, etibarlı
müdafiəçiləri xoşlayıram. Buna görə də Beqirinin oyununu çox bəyənirdim.
- Bəs Avropada?
- Nanini bəyənirəm. Onun
oyununu daim diqqətlə izləyirəm.
- Hazırda qarşına qoyduğun məqsədi öyrənmək maraqlıdır..
- Ölkəmizin U-15 millisinə çağrılmışam. Özümün 14 yaşı olsa da mənə bu etimadı göstəriblər. İndi bütün diqqətim məşqlərə yönəlib. Mən, əlimdən gələni edib vaxtım çatdıqda “Xəzər Lənkəran”ın və Azərbaycanın əsas millisinin formasını daşımağı qarşıma məqsəd qoymuşam.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |