Premyer Liqada mövsümün yeni rekordu

07.05.2013 | 5532 dəfə oxunub

Premyer Liqanın 29-cu turunda mövsümün yeni rekordu qeydə alınıb. Stadium.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, ötən turda 4 dubl gerçəkləşib. Bu isə mövsümün ən yüksək göstəricisidir.

Ruslan Qurbanov “Sumqayıt” - “Rəvan”, Nicat Qurbanov “Simurq” - “Qəbələ” oyununda qonaqların qapısına 2 dəfə yol tapıb. Junior Nildo “Turan” - AZAL, Nikolas Kanales isə “Qarabağ” - “Neftçi” oyununda meydan sahiblərini 2 dəfə məyus edib.

Bunadək ən çox dublun rəsmiləşdiyi turlarda 3 belə hadisə qeydə alınmışdı. 3, 11, 22 və 27-ci turlar bu göstəricidə seçilirdi.

Ümumilikdə isə 29 turda 35 dubl gerçəkləşib. Bunların 24-ü meydan sahibləri, 11-i qonaqların hesabındadır. 22 dubl təsnifat mərhələsində, 13-ü final oyunlarında qeydə alınıb. İlk “altılıq”da 7, ikinci “altılıq”da 6 dəfə 1 oyunçu eyni matçda 2 qolun sevincini yaşayıb.

Premyer Liqada 26 futbolçu dubla imza atıb. Bu göstəricidə mütləq rekord “Neftçi”nin çilili hücumçusu Nikolas Kanalesə məxsusdur. O, cari mövsümdə özünün 5-ci dublunu rəsmiləşdirdi. AZAL-ın braziliyalı legioneri Junior Nildo isə 29-cu turda 3-cü dublunu gerçəkləşdirdi. Daha 3 futbolçu 1-dən artıq oyunda bunu bacarıb. “Xəzər Lənkəran”lılar Adrian Skarlatake ilə Dimitrios Sialmas, “Qarabağ”lı Riçard Almeyda hərəyə 2 dəfə dubl müəllifi olub. Bu 5 futbolçudan yalnız biri – Kanales ardıcıl 2 matçda dubla müəlliflik edib. O, 28 və 29-cu turlarda bunu bacarıb.

35 dubldan 32-si milliləşənlər də daxil olmaqla legionerlərin hesabındadır. Yerli oyunçulardan yalnız Nicat Qurbanov (Simurq), Cavid İmamverdiyev (Neftçi) və Cavid Tağıyev (AZAL) 1 oyunda 2 qol vurub.

“Nefti”nin futbolçuları hamıdan çox – 7 dubla imza atıb. AZAL 6, “Xəzər Lənkəran” 5, “Qarabağ”, “İnter” və “Rəvan” hərəyə 3, “Bakı”, “Qəbələ”, “Simurq” hərəyə 2, “Turan”, “Sumqayıt” hərəyə 1 dəfə oyunçusunun dubluna sevinib. “Kəpəz” isə mövsümdə dubl görməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail