Komanda yoldaşını təhqid edən futbolçu 3 oyunluq cəzalandı

07.05.2013 | 4102 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib: 

02 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIX turunun “Turan” – AZAL matçının 55-ci dəqiqəsində AZAL klubunun 10 №-li futbolçusu Fərman Qənbərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
02 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIX turunun “Xəzər Lənkəran” – “Kəpəz” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunur (maddə 40).
02 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIX turunun “Simurq” – “Qəbələ” matçının 42-ci dəqiqəsində “Qəbələ” klubunun 48 №-li futbolçusu Əziz Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).
03 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIX turunun “İnter” – “Bakı” matçının 55-ci dəqiqəsində “Bakı” klubunun 30 №-li futbolçusu Aydın Mustafazadə komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).
04 may 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan Divizionunun XXIV turunun “Qala” – “Şəmkir” matçının 81-ci dəqiqəsində “Şəmkir” klubunun 3 №-li futbolçusu Eldəniz Orucov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).
Oyunun 88-ci dəqiqəsində “Şəmkir” klubunun 6 №-li futbolçusu Ruslan Hüseynov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
05 may 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan Divizionunun XXIV turunun “Lokomotiv” – “Ağsu” matçının 16-cı dəqiqəsində “Ağsu” klubunun 5 №-li futbolçusu Bəxtiyar Mehdiyevlə, “Lokomotiv” klubunun 9 №-li futbolçusu Yasin Yaqubzadə aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanır, klublar 400 manat cərimə olunur (maddə 38.3).
01 may 2013-cü il U-19 Liqasının “Qəbələ” – “Bakı” matçının 63-cü dəqiqəsində “Bakı” klubunun 7 №-li futbolçusu Elmin Ələsgərli aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
Oyunun 88-ci dəqiqəsində “Bakı” klubunun 5 №-li futbolçusu Əfsər Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 90-cı dəqiqəsində “Bakı” klubunun 4 №-li futbolçusu Müşfiq İlyasovla, “Qəbələ” klubunun 60 №-li futbolçusu Bəhram Mehdizadə aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanır (maddə 38.3).
29 aprel 2013-cü il "Azercell U-17 Liqa"nın “Gənclik” – “Bakı” matçının 63-cü dəqiqəsində “Gənclik” klubunun 17 №-li futbolçusu Elməddin Əmənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 75-ci dəqiqəsində “Gənclik” klubunun 5 №-li futbolçusu Mehman İbadov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
Matçın 76-cı dəqiqəsində “Bakı” klubunun 20 №-li futbolçusu Valeh Seyidov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
02 may 2013-cü il "Azercell U-17 Liqa"nın “Rəvan” – “İnter” matçında “Rəvan” klubu oyunu keçirmək üçün lazımi tədbirləri həyata keçirmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
02 may 2013-cü il U-16 Liqasının “Neftçi” – “Sumqayıt” matçının 35-ci dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Nurməhəmməd Nadirov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
30 aprel 2013-cü il "Kapital Bank U-15 Liqa"nın “Əlincə” – “Neftçi” matçının 17-ci dəqiqəsində “Neftçi” klubunun 20 №-li futbolçusu Xaliq İbrahimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun həkimi Bəhruz Xeyrabadi hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır (maddə 42.4).
03 may 2013-cü il "Kapital Bank U-15 Liqa"nın “Neftçi” – “İnter” matçının 69-cu dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Toğrul Xanlarov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
03 may 2013-cü il U-11 Liqasının “Bakı” – “Daşqın” matçının 28-ci dəqiqəsində “Bakı” klubunun 10 №-li futbolçusu Emin Quluzadə aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
20 aprel 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Avey” – “Naftalan” matçının 72-ci dəqiqəsində “Naftalan” klubunun 4 №-li futbolçusu Cabbar Hacıyev idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail