Nazim Süleymanov və Qurban Qurbanov uşaqlara məşq keçdi

07.05.2013 | 7320 dəfə oxunub

AFFA ilə Bakcell şirkətinin birgə həyata keçirdiyi "Futbol Bakcell ilə" layihəsi çərçivəsində bu gün daha iki meydançada məşqlər başlayıb. Stadium.az xəbər verir ki, əvvəlcə Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi - 9 ünvanında yerləşən süni örtüklü meydançada Şamil Heydərovun rəhbərliyi ilə 8-12 yaşlı uşaqların məşqi keçirilib. Məşqə Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanov və milli komanda ilə "Neftçi" klubunun üzvü Mahir Şükürovun topa ilk toxunuşundan sonra start verilib.

Layihənin icrasının başlandığı növbəti məkan Yasamal rayonu, Süleyman Dadaşov küçəsi 577-ci məhəllə ünvanında yerləşən süni örtüklü meydança olub. Burada topa ilk toxunuş "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov və Azərbaycan milli komandası ilə "Bakı" klubunun futbolçusu Elvin Məmmədov tərəfindən edilib. Bu meydançada məşqlər Kəmalə İbadullayevanın rəhbərliyi ilə keçirilir.

Xatırladaq ki, "Futbol Bakcell ilə" layihəsi AFFA tərəfindən inşa olunmuş müxtəlif süni örtüklü meydançalarda assosiasiyanın təyin etdiyi təcrübəli məşqçilər tərəfindən 8-12 yaşlı uşaqlar üçün ödənişsiz məşqlərin təşkilini özündə ehtiva edir. Layihəyə mayın 1-də start verilib. Açılış tədbirlərində dünya futbolunun tanınmış simaları - Duayt York, Hakan Şükür, Rüştü Rəçbər, Abdullah Avcı, Berti Foqts, Uli Ştayn, Azərbaycan milli komandasının üzvləri Rəşad Sadıqov, Kamran Ağayev və futbol ictimaiyyətinin digər tanınmış nümayəndələri iştirak ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail