"Səmədov dediyinin üstündə dururdu ki, Azərbaycanı seçirəm!"

07.05.2013 | 4645 dəfə oxunub

“2004-cü ildə Səmədovun Rusiya və Azərbaycan arasında seçim etməyi mənim üçün bir məşqçi kimi çətin an idi. Bütün yoldaşlıq görüşlərində bizdə oynamış Aleksandr Slovakiya ilə start oyunu öncəsi birdən bəyan etdi ki, Azərbaycan yığmasında çıxış etmək istəyir”. Stadium.az xəbər verir ki, bu sözləri Rusiyanın gənclər yığmasının sabiq baş məşqçisi Andrey Çernışov deyib. 

Moskvanın “Dinamo” və “Spartak” klublarında, eləcə də yığmadakı çıxışı ilə tanınan rusiyalı müdafiəçi soydaşımız Aleksandr Səmədovun ilk dəfə - hələ Karlos Alberto Torresin vaxtında millimizə gəlmək variantından danışıb.

Həmin vaxt 21 yaşlılardan ibarət yığmanı çalışdıran Çernışovun sözlərinə görə, Səmədovu razı salmaq üçün çox əziyyət çəkməli olublar: “Belə başa düşürəm ki, ona böyük pullar təklif olunmuşdu. Üstəlik, azərbaycanlılar həmin vaxt İngiltərə ilə bir seçmə mərhələdə oynayırdı. “Uembli”də meydana çıxmaq, futbolun tarixi vətənində parıldamaq da öz sözünü deyirdi. Saşanı Rusiya Futbol İttifaqına çağırdılar. Onunla mən də danışdım, agenti Oleq Artyomovu futbolçunu fikrindən daşındırmaq üçün işə qoşdular. Ancaq heç bir şey alınmırdı və Səmədov dediyinin üstündə dururdu ki, Azərbaycanı seçirəm! Birmənalı şəkildə buna köklənmişdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail