Son 15 ildə ilk dəfə

06.05.2013 | 4274 dəfə oxunub

“Neftçi”nin futbolçusu Nikolas Kanales cari mövsüm Topaz Premyer Liqasında vurduğu qolların sayını 26-ya çatdırıb. Stadium.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, buna XXIX turun “Qarabağ”la qarşılaşmasında dubl etməklə nail olan çilili hücumçu ölkə çempionatlarının son 15 ilində 25 və daha çox qol vuran ilk futbolçu olub.

Nikolasa qədər belə yüksək məhsuldarlıq 1996/97 mövsümündə qeydə alınmışdı. Həmin vaxt “Neftçi”nin 2 futbolçusu 25-dən çox qol vurmuşdu.

Ümumiyyətlə isə Azərbaycan çempionatları tarixində 10-cu dəfə 1 futbolçu mövsümdə 25 və daha çox qol vurur. Bunlardan 6-sı ”Neftçi”nin üzvlərinin payına düşüb. Klub tarixinə 1 mövsümdə ən çox qol vuran 5-ci oyunçu kimi düşən Kanales “top-10”da ilk legionerdir.

Azərbaycan çempionatlarında 1 mövsümə ən çox qol vuran 10 futbolçu

yer

futbolçu

mövsüm

klub

oyun

qol

1

Nazim Əliyev

1992

Xəzər (Sumqayıt)

33

39

2

Samir Ələkbərov

1992

Neftçi (Bakı)

34

36

3

Musa Qurbanov

1993/94

Turan (Tovuz)

29

35

4

Qurban Qurbanov

1996/97

Neftçi (Bakı)

29

34

5

Mehman Allahverdiyev

1992

Kəpəz (Gəncə)

28

30

6

Yunis Hüseynov

1992

Neftçi (Bakı)

25

29

7

Fazil Pərvərov

1993/94

Kəpəz (Gəncə)

27

29

8

Nazim Əliyev

1994/95

Neftçi (Bakı)

23

26

9

Nikolas Kanales

2012/13

Neftçi (Bakı)

29

26

10

Samir Ələkbərov

1996/97

Neftçi (Bakı)

26

25

Bu mövsüm ərzində ən çox qol vuran legioner ünvanını çoxdan ələ keçirən Kanaleslə yanaşı AZAL-ın braziliyalı hücumçusu Juniyor Nildo da əcnəbilər arasında ən yaxşılar sırasına düşüb. Növbəti dubluna imza atan cənubi amerikalı 1 çempionatda ən çox qol vuran legionerlərin siyahısında 3-cü yerə yüksəlib. Kanalesdən və Badri Kvaratsxeliyadan geri qalan braziliyalıya gürcüstanlıya çatmaq üçün cəmi 1 dubl etmək kifayətdir.

Azərbaycan çempionatlarında 1 mövsümə ən çox qol vuran 6 legioner futbolçu

yer

futbolçu

Klub

mövsüm

Ölkəsi

oyun

qol

1

Nikolas Kanales

Neftçi (Bakı)

2012/13

Çili

29

26

2

Badri Kvaratsxeliya

Kəpəz (Gəncə)

1997/98

Gürcüstan/Azərbaycan

22

20

3

Junior Nildo

AZAL

2012/13

Braziliya

29

18

4

Georgi Adamiya

Qarabağ (Ağdam)

2010/11

Gürcüstan

30

18

5

Oqtay Dərəlioğlu

Xəzər Lənkəran

2004/05

Türkiyə

21

17

6

Valter Quqlemon

İnter (Bakı)

2008/09

Uruqvay

24

17



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail