Tovuzlu azarkeşlər təzyiqə məruz qalıblar

06.05.2013 | 3617 dəfə oxunub

Cümə günü keçirilənTuran- AZAL görüşündə oyunu izləməyə gələn bir qrup tovuzlu azarkeş  polis tərəfindən təzyiqlərə məruz qalıb. Bu barədə "Het-trik news" qəzetinə əslən tovuzlu olan Sahib Musayev məlumat verib. Onun sözlərinə görə, oyunun başlamasına 1 saat qalmış oyunöncəsi məşqi izləmək üçün stadiona daxil olmaq istəyərkən, polislər buna imkan verməyiblər hərəkətlərinin səbəbi kimi rəhbərliyin göstərişini yerinə yetirdiklərini deyiblər: “Təxminən 15 nəfər komandanın ağır günündəTurana dəstək olmaq üçün o boyda yol gəldik. Stadiona çatanda matçın başlamasına 1 saat qalırdı. Fürsətdən istifadə edib oyunöncəsi məşqi izləmək istədik. Amma polislər içəri keçməyimizə mane oldular. Halbuki, həmin vaxt stadiona girib-çıxanlar var idi. Səbəb kimi isə, yuxarıdan göstəriş olduğunu azarkeşlərin qrup şəklində gəlməli olduqlarını dedilər. Saat 5- axır ki, stadiona daxil olduq. Bir qədər sonra bizə daha 5 nəfər qoşuldu. Onlar da Tovuzdan gəlmişdilər. Yol uzaq olduğundan bir qədər gecikmişdilər. Amma əsas problemlər bundan sonra başladı. Özümüzlə üzərində  “Cənab prezident ümidimiz sizədi!”, “Tovuzu futbolsuz qoydular!”, “Turansız yaşamaq mümkün deyil!”, “Turanyaşamalıdı, yaşasın bizimlə!” sözləri yazılmış plakatlar gətirmişdik. Plakatları açandan 2-3 dəqiqə sonra yenə polislər bizə yaxınlaşaraq onları yığışdırmağımızı tələb etdilər. Yenə , rəhbərlikdən gələn göstərişi icra etdiklərini dedilər. Görəsən, bu plakatlarda qanunsuz yazılmışdı ki, bizə qarşı belə haqsızlıq etdilər”.

Amma bu da polislərin azarkeşlərə qarşı son təzyiqi olmayıb. Sahib bəyin sözlərinə görə, “Turanı dəstəkləyən 10-12 yaşlı bir neçə uşağı yanlarına dəvət ediblər bu zaman yenə polis səddi ilə qarşılaşıblar. Asayiş keçikçiləri həmin uşaqlara oyuna baxmağa imkan verməyərək, stadiondan uzaqlaşdırıblar.

Sonda tovuzlu azarkeş komandanın məğlubiyyətinin əsas səbəb ilə bağlı fikirlərini bildirdi: “Komandanın xala ehtiyacı olan bir vaxtda heyətdə yerli futbolçuların oynaması əvəzinə, legionerlərə üstünlük verildi. Onların heç biri tovuzlular qədərTurana can yandıra bilməzdilər. Fərmayıl Əliyev oyunun əvvəlindən meydana çıxmalı idi. İkinci hissədə göstərdiyi oyunla sübut etdi ki, yerli futbolçularTurana legionerlərdən  daha çox can yandırır”.

Qeyd edək ki, PFL-in saytında dərc olunanTuran” – AZAL matçının protokolunda oyunu izləyən azarkeşləri sayı 30 nəfər göstərilib. Yəqin ki, onlar elə tovuzlu azarkeşlər  olublar. Görəsən, həmin 20 nəfər azyaşlı uşaqlar olmasaydı, azarkeş sayı qədər göstəriləcəkdi?

Het-trik news” 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail