Futzal turniri keçirilib

06.05.2013 | 4030 dəfə oxunub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Odlar Yurdu təşkilatının birgə təşkilatçılığı ilə Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş futzal turniri keçirilib. Stadium.az xəbər verir ki, turnirdə "Araz", "Neftçi" İSM, "Ekol" və İngiltərədə yaşayan azərbaycanlılardan təşkil olunmuş "Baku United" (London) klubları iştirak edib. Turnirin təşkilatçıları və iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri qoyublar.

İlk oyun günü "Araz" 4:2 hesabı ilə "Ekol" komandasını, "Neftçi" İSM isə 2:1 hesabı ilə "Baku Yunayted" komandasını məğlub edərək finala yüksəlib. III yer uğrunda qarşılaşmada "Ekol" 7:6 hesabı ilə "Baku Yunayted"ə qalib gəlib. Final oyununda "Neftçi" İSM komandasını 4:2 hesabı ilə məğlub edən "Araz" turnirin qalibi adını qazanıb.
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. İştirakçılara AFFA-nın hədiyyələri təqdim olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail