5 qırmızı vərəqə, əvəzolunmaz Rail Məlikov və məhsuldar Arif İsayev

05.05.2013 | 5764 dəfə oxunub

Türkiyə PTT birinci liqasında 33-cü turun oyunları keçirilib. Stadium.az xəbər verir ki, həmyerlilərimiz Rail Məlikov və Arif İsayevin çıxış etdiyi "Dənizlispor" səfərdə "Ankaragücü"nün qonağı olub. Həmyerlilərimizdən Rail Məlikov meydana start heyətində çıxıb və matçı əvəzolunmadan keçirib. Arif İsayev isə 64-cü dəqiqədə Onur Alkanın əvəzinə meydana daxil olub. Bununla belə, 27 dəqiqə sonra İsayev fərqlənməyə imkan tapıb. Ümumilikdə isə matç "Dənizlispor"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Maraqlıdır ki, bu oyunda hakim 5 qırmızı göstərib. Matçın baş hakimi Abdullah Yılmaz "Ankaragücü"nün 4, "Dənizlispor"un isə 1 futbolçusunu meydandan qovub. Bununla da xallarının sayını 40-a çatdıran həmyerlilərimizin komandası 13-cü qərarlaşıb və birinci liqadakı yerini qoruyub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail