Leyla Əliyeva futbolçuları mükafanlandırdı

05.05.2013 | 11156 dəfə oxunub

Mayın 4-də Moskvada “Lujniki” stadionunda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının mini-futbol üzrə “Heydər Əliyev Kuboku” turniri keçirilib. Stadium.az AzərTAc-a istinadən xəbər verir ki, tamaşaçılar arasında RAGT-nin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olublar.

Turnirin keçirilməsi gənclər arasında gözəl ənənəyə çevrilib. Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən indiyədək hər il keçirilən bu turnir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunub. Builki turnirdə 32 komanda – RAGT-nin Moskva, Vladimir, Kaluqa, Tula və Domodedovo regional şöbələrinin Azərbaycan tələbə klublarının nümayəndələri iştirak ediblər. 8 qrupa bölünmüş iştirakçılar hər qrup mərhələsində 3 oyun keçiriblər. Qruplarda birinci yerləri tutmuş komandalar pley-off seriyasına çıxıblar. Turnirin yarımfinalçıları Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun (MDHİİ), Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin (RDBTİGTU), Ümumrusiya Dövlət Vergi Akademiyasının (ÜDVA) və RAGT-nin Tula regional şöbəsinin komandaları olublar.

Səfir Polad Bülbüloğlu qaliblərin təltif olunması mərasimini açaraq maraqlı oyuna görə iştirakçılara minnətdarlığını bildirib və turnirin müvəffəqiyyətlə başa çatması münasibətilə onları təbrik edib. Sonra RAGT-nin sədri Leyla Əliyeva qaliblərə və bir neçə nominasiya üzrə fərqlənmiş oyunçulara mükafatları təqdim edib.

Turnirin qalibi və “Heydər Əliyev Kuboku”nun sahibi artıq dördüncü dəfə Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun komandası olub. İkinci yeri və müvafiq olaraq “gümüş” mükafatı Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin komandası qazanıb. Yarımfinal oyunlarının yekunlarına görə, Ümumrusiya Dövlət Vergi Akademiyasının və RAGT-nin Tula şəhərindəki regional şöbəsinin komandaları bürünc medallara layiq görülüblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail