"Anji" "Arsenal"ın müdafiəçisi ilə maraqlanır

04.05.2013 | 4138 dəfə oxunub

Rusiyanın "Anji" klubunun növbəti transfer hədəfi bəlli olub. Stadium.az xəbər verir ki, Mahaçqala klubu "topçular"ın müdafiəçisi Bakari Sanyanı heyətinə qatmağa çalışır. Fransalı müdafiəçinin "Arsenal"la sözləşməsi 2014-cü ilin yayında başa çatır. Amma tərəflər sözləşmənin müddətini uzatmaq barədə razılığa gələ bilməyiblər. Bu da səbəbsiz deyil. Çünki London klubu Sanyaya daha 1 illik müqavilə təklif etsə də, onun məvacibini artırmaq fikrində deyil. Lakin futbolçu da bu şərtlə razı deyil. Ona görə də "Arsenal" Sanyanı bu yay satmağı planlaşdırır. Bir müddət əvvəl PSJ də Sanyanı heyətinə qatmaq istəyirdi. Lakin "Anji"nin sərfəli təklifi futbolçunun Rusiya variantına üstünlük verməsinə gətirib çıxara bilər.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail