Ramil Əliyev futbolçuları yormadı

04.05.2013 | 3640 dəfə oxunub

"Rəvan” Premyer Liqanın 29-cu turu çərçivəsində bu gün qarşılaşacağı "Sumqayıt”la oyuna hazırlığı başa vurub. Stadium.az xəbər verir ki, komanda dünən keçirilən məşqi başa vurduqdan sonra oyun saatını gözləməyə başlayıb.

Matçöncəsi son hazırlıqda baş məşqçi Ramil Əliyev futbolçuları çox yormayıb. Yüngül qaçışdan sonra sadə təmrinlər yerinə yetirən oyunçular ardından toplu çalışmalara vaxt sərf edib. Məşqin sonluğu isə qapıya zərbələr üzərində işləməyə həsr edilib.

Komandada yenə Nikolay Orlovski ümumi qrupdan ayrı məşq edib. Ayağında zədəsi olan moldovalı müdafiəçinin oynayıb-oynamayacağı bu gün müəyyənləşəcək. Amma komandanın həkimi Ceyhun Əliyev Nikolayın meydana çıxmaq şansının az olduğunu bildirib. Digər tərəfdən, Orlovski oynamasa belə, Orxan Lalayev onu əvəzləməyə tam hazırdı. Gənc müdafiəçi vərəqə limitini doldurduğuna görə üzləşdiyi 1 oyunluq cəzasını başa vurub və meydana çıxmağa can atır.

Sonda onu da qeyd edək ki, bu gün keçiriləcək oyun "Bayıl stadionu”nda baş tutacaq və saat 17:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail