Van Hoydonk: "Fənər" şanssız olan tərəfdi"

03.05.2013 | 4768 dəfə oxunub

Futbolçu karyerası ərzində həm "Benfika"nın, həm də "Fənərbaxça"nın formasını geyən hollandiyalı futbolçu Pyer Van Hoydonk bu iki komanda arasında Avroliqanın 1/2 final mərhələsinin cavab görüşü çərçivəsində baş tutan qarşılaşmanı şərh edib.

Stadium.az xəbər verir ki, qarşılaşmanı canlı olaraq "Estadio da Luz"dan izləyən Van Hoydonk "Benfika"nın çalışdırıcısı Xorxe Xesusun heyətdə etdiyi radikal dəyişikliyin qələbədə böyük rol oynadığını bildirib: "Oyun ərzində "Benfika" üstün tərəf idi. Bu cür oyunla "Benfika"nın mərhələ adlamaq üçün sərfəli hesabı almaması mümkün deyildi. "Benfika" meydanda möhtəşəm oyun sərgilədi. Həmin gün şanssız olan tərəf "Fənərbaxça" idi. Onlardan fərqli olaraq, Portuqaliya klubu yaxaladığı epizodları qaçırmadı. İlk oyunda qələbə qazanmasına baxmayaraq, "Fənərbaxça" meydana böyük bir təzyiq altında çıxmışdı. Buna görə də Amsterdama bilet sifari edə bilmədilər. O cür təzyiqdən rahat şəkildə çıxmaq mümkünsüz oldu. Portuqaliyalı azarkeşlər finala yüksəlmək baxımından "Benfika"ya böyük dəstək verdilər".

Hollandiya futbolunun veteranı bir vaxtlar "Vitess"də icarə əsasında çıxış edən Nemanya Matiç haqda da danışıb: "Əminliklə deyə bilərəm ki, eyni oyunçu deyil. Bu qədər inkişaf etdiyi üçün nə etdiyini bilmirəm. Amma möhtəşəm bir oyunçuya çevrilib". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail