Erik Ramos:" Qarşıdakı matçlarda xal itkisinə yol vermək olmaz"

03.05.2013 | 6206 dəfə oxunub

“Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos klubun rəsmi saytına danışıb. Stadium.az xəbər verir ki, paraqvaylı futbolçu bütün oyunlara maksimum nəticə qazanmaq üçün çıxdıqlarını bildirib: "Mövsüm sona yaxınlaşdıqca çempionatın gərginliyi daha da artır. Artıq marafonun sonuna yaxınlaşırıq. Bütün oyunlara maksimum nəticə qazanmaq üçün çıxmalıyıq. Qarşıdakı matçlarda xal itkisinə yol vermək olmaz. İlk pillədə olmağımız bizi arxayınlaşdırmır. “Qarabağ”la oyun vacib olsa da həlledici deyil. Onu deyim ki, rəqibimiz güclü komandadı. Hələ bu oyundan sonra çempionatın bitməsinə 3 tur qalacaq. Həm fərdi, həm də komanda şəklində güclüyük. Çempionat bitəndən sonra kubokun finalı haqda düşünəcəyik. Bu yerə qədər gəlmişiksə, dayanmaq niyyətimiz yoxdu. Qızıl dubl etmək şansımız var.Komandanın fiziki-taktiki cəhətdən güclü olması kifayət etmir. Qələbələrimizin əsasında həm də komandadakı əhval-ruhiyyə dayanır. Burada bir ailə, bir yumruq kimi birləşmişik. “Neftçi”də oynamaq o deməkdir ki, sənə böyük etimad göstərirlər və biz bu etimadı sona kimi doğrultmalıyıq. Qarşıdakı görüşlərdə də güclü azarkeş dəstəyinə ehtiyacımız var. İnanıram ki, onlar da bizi tək buraxmayacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail