"Qəbələ": 10-cu qələbə üçün

02.05.2013 | 4907 dəfə oxunub

Bu həftə Topaz Premyer Liqasında XXIX turun oyunları keçiriləcək. Stadium.az xəbər verir ki, bu dəfə səfərdə meydana çıxacaq “Qəbələ” mayın 3-də Zaqatalada “Simurq”un qonağı olacaq. Mövsümdə 4-cü dəfə üz-üzə gələcək komandalar tarixlərində 22-ci duelə çıxacaq.

2005-ci ilin yayında yaranan “Qəbələ” və “Simurq” elə ilk mövsümdə I dəstədə uğurla çıxış edib güclülər dəstəsinə vəsiqə qazandılar. Aşağı dəstədən başlayan həmin rəqabət dövründə rəqiblər 2 dəfə I dəstə, 2 dəfə kubok və 15 dəfə çempionatda qarşılaşıb.

Əvvəlki 21 qarşılaşmada 9 qələbəsi olan “qara-qırmızılar” “Simurq” üzərində yubiley zəfərini əldə etmək əzmindədir. Cari mövsümdə rəqibini yenməyən “Qəbələ” son 3 oyunda hər dəfə 1 qol buraxmaqla qalib gələ bilməyib.

Cari mövsümdə 2 dəfə, ümumilikdə isə 5 dəfə komandaların oyununda qalib müəyyənləşməyib. Zaqatala təmsilçisi isə 7 dəfə meydanı 3 xalla tərk edib. 

Top fərqində üstünlüyə malik olan “Qəbələ”dir – 25:18. Son 4 dueldə hər komanda 1 dəfə qapısını toxunulmaz saxlaya bilib. Lakin bu 4 matçda 1-dən artıq qol vuran olmayıb.

“Simurq”un meydanında 11-ci dəfə baş tutacaq oyunadək meydan sahibləri 4 qələbə qazanıb. 3 dəfə “Qəbələ”nin qalib gəldiyi qarşılaşmalarda eyni sayda heç-heçə qeydə alınıb. Zaqatala təmsilçisi öz meydanında 11, qonaqlar isə 10 dəfə qol sevinci yaşayıb.






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail