Hakan Şükür: "Bu gün ölkənizdə futbola böyük məbləğdə sərmayə yatırılır"

01.05.2013 | 5210 dəfə oxunub

“Veteranlar arasındakı oyunun təşkilatçılarına təşəkkür edirəm. Futbol ölkənizdə çox sevilir. Üstəlik, futbola dövlət səviyyəsində edilən qayğını vurğulamalıyıq”. Stadium.az xəbər verir ki, bu sözləri Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükür deyib. 

Hakan Şükür bu gün azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. “Qalatasaray”ın sabiq hücumçusu bu axşam “Bayıl Arena”da azərbaycanlı veteranlarla yoldaşlıq görüşündə meydana çıxacaq. 

O, Bakıya səfərinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı olduğunu bildirib: “Onun məzarını ziyarət etdik, dualarımızı etdik. Hazırkı ölkə başçısı İlham Əliyev də öz diqqət və qayğısını əsirgəmir. Gördüyü işlərlə əlaqədar onu da təbrik edirəm. Bu gün ölkənizdə futbola böyük məbləğdə sərmayə yatırılır. Uşaqların futbola cəlb edilməsi, onlar üçün bu cür şəraitin yaradılması çox vacibdir”.

Bu gün start verilən yeni layihə haqda da fikirlərini bölüşən Şükür məhəllə futbolu çox vacib olduğunu bildirib: “Biz də ilk addımlarımızı küçə futbolunda atdıq, daha sonra peşəkar komandalara cəlb edildik. Burdakı uşaqlar gələcəkdə məşhur simalardan olacaq və ölkənizə fayda verəcəklər. Azərbaycan “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi etdi. Çox mükəmməl təşkilatçılıqla yadda qaldı və bütün dünyaya önəmli insan yetişdirə biləcəyini sübut etdi. Buranı öz ölkəmiz, məmləkətimiz kimi görürük”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail