“Nəinki Musa müəllimin, ondan əvvəlkilərin də vaxtında “Turan”ın xeyli borcu yığılıb qalıb” Müsahibə

29.04.2013 | 5265 dəfə oxunub

Turanın hazırki durumu hamıya bəllidi. Bir vaxtlarat oynadanTovuz klubu indi Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Bu dərd bir yana, “Turanın maliyyə vəziyyəti çox acınacaqlıdı. 21 illik tarixi ərzində komanda ilk dəfədi ki, belə bir duruma düşür. “Turanın başqa bir dərdi varçəkişmələr. Amma bu çəkişmələr klub daxilində deyil, əslən tovuzlu olan müxtəlif vaxtlarda bu komandaya can yandıran insanlar arasındadı. Təbii ki, əksəriyyət üzdə bunu təkzib edəcəklər. Sadəcə, əslən tovuzlu olduğumdan klubunmətbəxinə yaxınlığıma görə bunu əminliklə söyləyirəm.

Bir neçə gün əvvəlTuranın borcününxirtdəyəqədər olduğu barədə xəbər eşitdim. Əslində bu xəbər yeni deyildi. Mənim üçün yeni olan sözügedən borcların bir hissəsinin əvvəlki rəhbərlərdən miras qalması indiki rəhbərliyinboynundaolması idi. Doğrudanmı, klubun keçmiş prezidenti Musa Süleymanov gedəndə özündən sonra xeyli qayğı qoyub? Hər halda bunu hamıdan yaxşıTuranın indiki prezidenti Yaşar İbrahimov bilərdi.

Yaşar müəllim, eşitdiyimə görə, deyibsiniz ki, Musa müəllimin vaxtında klubun xeyli borcu yığılıb hazırda bu borcları ödəməklə məşğulsunuz.

Nəinki Musa müəllimin, odan əvvəlkilərin vaxtındaTuranın xeyli borcu yığılıb qalıb. Bu borclar vergiyə, Dövlət Sosial Müdafiə Fonduna, işığa, qaza olan borclardı. Bacardıqca hissə-hissə həmin borcları ödəyirik.

Sirr deyilsə, ümumi məbləğ qədərdi?

Təxminən 20 min manat.

Bəs futbolçulara qədər borcunuz var?

Çalışırıq, onların maaşlarını vaxtında verək. Yazıqlar maaş alırlar ki? Bir-iki legioneri çıxmaq şərtilə yerdə qalanlar simvolik məbləğə oynayırlar. Legionerlər elə böyük məbləğ qazanmırlar. Onların maaşlarına lazım olan vəsait Tovuz İcra Hakimiyyəti tərəfindən ayrılır. Digər borcları da birtəhər yola veririk.

Verilən xəbərlərə görə, futbolçuların son üç aylıq məvaciblərini qeyri-rəsmi olaraq ARDNŞ ödəyib.

Yox, belə bir şey baş verməyib. Tam səmimi deyirəm, futbolçuların maaşlarını ARDNŞ, başqa bir qurum ödəməyib. Bayaq da dediyim kimi, bu vəsait rayon İcra Hakimiyyəti tərəfindən kluba ayrılıb.

– “Bakının prezidenti Hafiz Məmmədov qanunların imkan verəcəyi təqdirdəTuranı öz himayəsinə götürmək istəyində olduğunu bildirib...

Bu xəbəri sizdən eşidirəm. Hazırda məqsədimizTuranı indiki çətinlikdən çıxarmaqdı. İstər turnir cədvəli baxımından, istərsə maliyyə cəhətdən. Təəssüf ki, rayonumuzun imkanlı şəxsləri əvvəlki vaxtlardan fərqli olaraq, geri çəkiliblər. Əgər söylədikləriniz baş versəyidi, kimliyindən asılı olmayaraq həmin şəxslərə, o cümlədən Hafiz müəllimə minnətdar olardıq.

AmmaTuraniləBakının isti münasibətləri heç kimə sirr deyil.

Yəqin ki, “Bank of Azərbaycanın bizimlə reklam müqaviləsinə işarə edirsiniz. Bu işbirliyini ortaya çıxandan bəziləri düşünür ki, “TuranıBakırəhbərliyi öz himayəsinə götürüb bunun qarşılığında onların nəticə qazanmasına köməklik göstərəcəyik. Deyilənlərin hamısı boş söz-söhbətdi. İnandırım ki, bu reklamdan klubun büdcəsinə çox az miqdarda vəsait daxil olur. Onsuz da çempionatda iştirak edirik. Bizim elə vaxtımızdı ki, təklif olunan istənilən məbləğdən imtina etməyə haqqımız yoxdu. Vəziyyət tələb edir ki, az məbləğ təklif olunsa da, sponsorlarla işləyək.

Bir müddət əvvəlTuranın adı oyun alqı-satqısında hallandı. Konkret olaraq AZAL-dan gələn təklifi nəzərdə tuturam. Amma sonradan heç kim bu faktı araşdırmadı.

Mən eşitmişdim ki, guya AZAL-ın futbolçuları tərəfdən komandanın bəzi oyunçularına uduzmaq müqabilində pul təklif olunub. Amma sonradan bunlar öz təsdiqini tapmadı.

Hər halda bunu klubun vitse-prezidenti Namiq Məstanov mətbuata açıqlamışdı.

Bu haqda Namiq müəllimin özündən sonruşsanız yaxşı olar. Onun yerinə mən cavab verə bilmərəm.

Mövsümün sonunda komandanın fəaliyyətini dayandıracağı barədə xəbərlər dolaşır. Deyilənlərə görə, “Turanın Premyer Liqanı tərk edəcəyi halda İcra Hakimiyyəti klubu saxlamaqda maraqlı olmayacaq.

Birincisi, var gücümüzlə çalışırıq ki, “Turan” 1-ci dəstəyə düşməsin. İkincisi, əgər Allah eləməmiş bu baş verərsə, onda klubun dağılması yenə baş verməyəcək. Özünüz bilirsiniz ki, yüksək dəstədə klub saxlamaq böyük xərclər tələb edir. Əsas komanda ilə yanaşı, bir neçə yaş qrupu üzrə uşaq komandalarının çıxışı, onların forma ilə təchizatı, yarışlara aparılması, “Turanın Tovuz stadionunun təmiri ilə əlaqədar Bakıda məskunlaşması, ev oyunlarını orada keçirməsihamısı puldu. Məqsədimiz komandanı elitada saxlamaqdı. Komanda 1-ci dəstəyə düşəcəyi halda bir çox xərclərimiz ixtisara düşəcək. Qısası, hər iki haldaTurandağılmayacaq.

Uşaq futbolundan söz düşmüşkən, valideynlər onlardan müxtəlif məqsədlər üçün pul yığılması ilə bağlı narazılıq edirlər. Konkret olaraq, forma idman ləvazimatlarının alınması ilə bağlı.

Yalan söhbətdi. “Turanda heç bir validyendən hər hansı məqsədlə bir qəpik pul alınmayıb. Pis-yaxşı özümüz uşaqları hər bir idman avadanlığı, geyim ilə təmin etməyə çalışırıq. Kimsə uşağına bir cüt krossovka alırsa, bunu klubun ayağına yazmamalıdı.

Bəs stadionda təmir işləri yerdədi?

Təmir işlərini AFFA aparır onlar nəzarət edir. İşçilər normal rejimi ilə çalışsalar, stadionu 1 aya təhvil vermək mümkündü. Artıq meydançanın beton qatı hazırdı, süni ot örtyünün döşənməsinə başlanılmalıdı.

Bu gedişlə deyəsən, yaxın vaxtlardaTuranəvvəlki vəziyyətinə qayıda bilməyəcək.

Futbolda hər şey maliyyə vəsaitindən asılıdı. vaxt pul olacaq, onda da əvvəlkiTuranı görəcəyik. İndiki halda bu mümkün deyil. Tovuzda futbol məktəbi var, hər il buradan neçə-neçə istedadlı futbolçu üzə çıxır. Bu gün yüksək 1-ci dəstədə çıxış edən komandalarda 43 tovuzlu oynayır. Bir misal çəkəcəm, bir neçə il əvvəlAnjiRusiyanın adi komandalarından biri idi. Komandaya maliyyə vəsaiti qoyulandan sonra artıq Avropanın imkanlı klublarından birinə çevrilib, çıxışı da göz önündədi. “Turana da vaxtsa imkanlı şəxslər dayaq olarsa, tez bir zamanda Azərbaycanın bir nömrəli klubu olacağına əminəm.

Klubun keçmiş prezidenti Musa Süleymanovla da əlaqə saxlayıb borclarla bağlı fikirlərini öyrəndik. Musa müəllim komandanı təhvil verərkən, deyilənlərin əksinə olaraq, arxasında borc qoymadığını bildirdi:

–  Klubun indiki borclarının mənə heç bir aidiyyatı yoxdu. Mən komandaya gələndə 1,5 milyon manat investisiya qoymuşam. Bu məbləğə bir çox işlər görüldü. Stadionda təmir işləri aparıldı, yeni meydançalar tikmək istəyirdik. Ən əsası 11-12 nəfər uşağı Barselonaya göndərmək fikrim vardı. Amma imkan vermədilər. Uşaqların sənədlərini istəyəndə, gizlətdilər. Bilmirəm nəyə görə. Konkret ad çəkmək istəmirəm. Bunlar hamısı keçmişdə qalıb. İndi mənim klub ilə heç bir bağlılığım yoxdu. Amma hər dəfə təəssüf edirəm ki, o uşaqlar Barselonaya getsəydilərüstündən artıq 2 ilə yaxın vaxt keçibindi səviyyəli futbolçular kimi Azərbaycana qayıdacaqdılar. Yəqin ki, bu kimlərəsə sərf eləmirdi. Mən adamıyam. Pul qoyub, pul götürmək istəyirdim. Kluba da o qədər maliyyə vəsaiti ayırmağımda məqsəd futbolçu yetişdirib transferə çıxarmaq idi. Mən o yerdə mübarizə aparıram ki, büdcəmi artırım. Amma işləməyə imkan vermədilər. “Turanda bu perspektivi görürdüm. Məndən çox bunun Tovuz futboluna ziyanı dəydi. Yerli futbolçuları müxtəlif komandalardan əzab-əziyyətlə Tovuza gətirmişdim. Onlara elə yüksək olmayan maaş versəm , başqa ehtiyacları - yaşamaq, məşq keçmək şəraiti, idman ləvazimatı, təmirli stadion, baza, bir sözlə hər şeyi artıqlaması ilə edirdim. Komanda üçün avtobus sifariş vermişdim. Hər bir şəraiti vardı. O avtobusdan Azərbaycanda bir dənə idi.

Kimlər imkan vermirdi?

Demək olar ki hamı. Azarkeşdən tutmuş rəhbər şəxslərə kimi.

Belə çıxır ki, Tovuz camaatından incik düşmüsünüz.

Demək olar.

Musa müəllim, maraqlıdı avtobusun aqibəti necə oldu?

Avtobus indi qalır.

Sirr deyilsə, qiyməti qədər idi?

Almaq istəyirsənsə, deyim (gülür).

İnkar etdiniz ki, “Turanın borclarının sizinlə heç bir bağlılığı yoxdu.

Komandanı indiki rəhbərliyə borcsuz təhvil vermişəm. futbolçulara, vergiyə, ki digər yerlərə bir qəpik borcum qalmayıb.

Əgər məlum olsa ki, azacıq da olsa borcunuz qalıb, ödəyərsiniz?

MənimTurana veriləsi pulum yoxdu. Vaxtında elədim, acı nəticəsini gördüm.

Deyəsən, Musa müəllimTurandan tovuzlulardan əməlli-başlı incik düşüb. Buna komandanın hazırki durumunu məndən soruşanda bir daha əmin oldum. Necə ola bilər ki, vaxtilə prezidenti olduğun bir klubun bu günkü vəziyyətindən, ən azı turnir cədvəlindəki mövqeyindən xəbərsiz olasan?

İlqar TAĞIYEV, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail