PFL qalibləri mükafatlandırdı

29.04.2013 | 4976 dəfə oxunub

Mart ayında Topaz Premyer Liqasının ən yaxşı oyunçusu və ən yaxşı qolun müəllifi “Four Seasons” mehmanxanasında keçirilən tədbirdə mükafatlandırılıb. Stadium.az xəbər verir ki, KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə görə, Topaz Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu “Bakı” FK-nın oyunçusu Marius Pena seçilib. Rumıniyalı hücumçuya PFL-in prezidenti Ramin Musayev tərəfindən hədiyyə və AzəridmanServis MMC-nin baş direktoru Azər Məhərrəmov tərəfindən 1 500 azn pul mükafatı verilib.

www.pfl.az saytında keçirilən sorğuya əsasən isə AZAL klubunun gənc futbolçusu Cavid Tağıyevin ötən ay “Qəbələ”nin qapısına vurduğu qol ən yaxşı qol seçilib. Cavid Tağıyevə PFL-in prezidenti Ramin Musayev tərəfindən hədiyyə və AzəridmanServis MMC-nin baş direktoru Azər Məhərrəmov tərəfindən 1 000 azn pul mükafatı verilib.

Tədbirdə, həmçinin, Topaz Premyer Liqasında mart ayında keçirilən oyunların nəticəsini düzgün təxmin etmiş jurnalistin mükafatlandırılması da keçirilib. Nominasiyanın qalibi 18 oyundan 11-nin nəticəsini düzgün təxmin etmiş www.mundial.az saytının nümayəndəsi Elvin Rüstəmov olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail