"Qəbələ" "Fortuna"nı məğlub etdi

29.04.2013 | 4516 dəfə oxunub

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Hollandiya toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Stadium.az xəbər verir ki, Almaniyanın "Fortuna" (Düsseldorf) klubu ilə üz-üzə gələn "qırmızı-qaralar" əzmkar qələbə qazanıb. Oyuna sürətli başlayan təmsilçimiz üstün tərəf olsa da, hesabı rəqib açıb. Buna baxmayaraq, "Qəbələ" hücumlarını səngitməyib və oyunu öz lehinə çevirə bilib. Öncəki iki sınaq oyununda fərqlənən ("Qəbələ"-"Brügge" 2:0, "Qəbələ"-"Ayaks" 1:1) Rövlan Muradov "Fortuna"nı da məyus etməyi bacarıb - 1:1. Ardından isə Baxşəli Baxşəliyev komandasını irəli çıxarıb - 2:1. Matçda son nöqtəni almanlar qoyublar. Hüseynqulu Quliyevin yetirmələrinin təzyiqi qarşısında çaşqın duruma düşən "Fortuna" müdafiəçisi topu öz qapısına göndərib - 3:1. 

Bu matçla Hollandiya toplanışına yekun vuran "Qəbələ" 2 qələbə və 1 heç-heçə ilə vətənə dönüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail