Azad Rəhimov "Marakana"da oldu

29.04.2013 | 4660 dəfə oxunub

Gənclər və idman naziri Azad Rəhimovun Braziliyaya aprelin 21-dən başlanan səfəri başa çatıb. Stadium.az nazirliyin saytına istinadən xəbər verir ki, A.Rəhimovun səfəri aprelin 24-dən 26-dək Rio de Janeyro şəhərində davam edib. Səfər çərçivəsində nazir A.Rəhimov Braziliya Dövlət Olimpiya Komitəsinin Prezidenti Marsio Forteslə görüşüb. M.Fortes rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək 2016-ci ildə Rio de Janeyro şəhərində keçiriləcək olimpiya və parolimpiya oyunlarına hazırlıq işlərindən danışıb. Nazir A.Rəhimov Bakıda 2015-ci ildə təşkil olunacaq I Avropa Oyunları haqqında danışaraq bu kimi beynəlxalq idman tədbirləri ilə əlaqədar iki ölkə arasında təcrübə mübadiləsinin vacib olduğunu bildirib.

Sonra gənclər və idman naziri Rio-2016 Təşkilat Komitəsinin Xarici Əlaqələr üzrə direktoru səfir Agemar Sanktorla görüşüb. Görüş zamanı Azərbaycan-Braziliya münasibətlərinin müşahidə olunan inkişafı, xüsusilə idman sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. A.Sanktor Rio-2016 Təşkilat Komitəsinin qarşısında duran məqsəd və vəzifələr barədə məlumat verib. Nazir öz növbəsində, Azərbaycanda idman sahəsində aparılan siyasət və Olimpiya hərəkatına verilən əhəmiyyət barədə danışaraq, bu sahədə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi nöqteyi nəzərindən müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətini qeyd edib.

Daha sonra, nazir A.Rəhimov “Marakana” stadionunu ziyarət edib və burada aparılan yenidənqurma işləri ilə tanış olub.

Görüşlərdə Azərbaycanın Braziliyadakı səfiri E.Sultanov və Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şəbəsinin müdiri İ.Mədətov da iştirak ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail