"Qarabağ" rekord müəyyənləşdirdi

29.04.2013 | 4349 dəfə oxunub

"Qarabağ" Azərbaycan Premyer Liqası tarixində yeni rekord müəyyənləşdirib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqanın 28-ci turunda səfərdə “Qəbələ”yə 2:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi ilk “altılıq”da qələbə seriyasını beşə çatdırıb.

Final mərhələsinin ilk turunda “Simurq”a səfərdə məğlub olan “Qarabağ” ardınca qələbə seriyasına başlayıb: “Qəbələ” - 1:0, “Neftçi” - 2:1, “İnter” -  3:2, “Bakı” - 1:0, “Qəbələ” - 2:0. Bu, “altılıq” sistemi tətbiq olunduğu çempionatlarda qeydə alınmış yeganə seriyadı. İndiyə kimi final mərhələsindəki ilk “altılıq”lıqda heç bir klub ardıcıl beş qələbə qazana bilməmişdi.

“Qarabağ” bu qələbəylə ikinci sırada bir qədər möhkəmlənərək liderlə üç xallıq fərqin böyüməsinə imkan vermədi. Dördüncü pillədə qərarlaşmış “Simurq”dan isə 14 xal uzaqlaşaraq həm ilk "üçlük"də yerini, həm də avrokuboklara vəsiqəni təmin edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail