Madrid "Atletiko"su Bakıda

29.04.2013 | 6102 dəfə oxunub

"Bakı' futbol klubunun dəvəti ilə 3 gün ərzində Odlar Yurdunun qonağı olacaq "Atletiko de Madrid" klubunu gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər əliyev adına Hava Limanında yerə enib. Stadium.az "Bakı"nın rəsmi saytına istinadən xəbər verir ki, üzərinə Land of Azerbaijan həkk olunan təyyarəni aeroportun önünə toplaşmış minlərlə insan gözləyib. Ulduz komandanın üzvləri hava limanından məskunlaşdığı Marriot otelinə yollanıblar.

29 aprel tarixinin səhərini şəhər gəzintisinə ayıran ispan qonaqlar nahardan sonra "Bakı" futbol klubunun təlim-məşq bazasında planlaşdırılan avtoqraf party və foto sessiyaya qatılacaqlar. Eyni məkanda mətbuat konfransı təşkil olunacaq. Media nümayəndələri önünə Dieqo Simeone, Arda Turan və Ardamel Falkao çıxacaqlar.

İspaniyanın və dünyanın ən tanınmış klubları sırasında yer alan "Atletiko de Madrid" 30 aprel 2013-cü il tarixdə "Bakı" futbol klubunun Ulduzlar komandası ilə yoldaşlıq oyunu keçirəcək. Futbol bayramı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19.00-dan start götürəcək konsert proqramı ilə başlanacaq. Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Brilliant Dadaşova futbol azarkeşlərinin önünə çıxacaqlar.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail