Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxdı

28.04.2013 | 4657 dəfə oxunub

Bu gün saat 16:00-da “Xəzər Lənkəran” Topaz premyer liqasının 28-ci turu çərçivəsində səfərdə görüşəcəyi AZAL matçı öncəsi son məşqinə çıxdı. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Olimpiya Milli Komandalarının Təlim-Məşq Mərkəzinin süni meydançasında baş tutan hazırlıq 1 saat sürdü və futbolçular taktiki planda məşqçilər korpusunun verdiyi müxtəlif çalışmaları yerinə yetirdilər. Komandada AZAL matçı öncəsi iki ciddi itki var ki, “Bakı” ilə matçda zədələnən Vanderson Skarduelli və cəzalı durumda olan Dimitrios Sialmas sabahkı matçda komandaya kömək edə bilməyəcəklər. Sonda vurğulayaq ki, bu gün malili futbolçu Sadio Tounkaranın doğum günüdür. Məşq öncəsi baş məşqçi Con Bencamin Toşak və komanda yoldaşlarından təbrikləri qəbul edən Sadionun 21 yaşı tamam olur. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail