Lənkəran məşq edib, paytaxtın yolunu tutdu

26.04.2013 | 4477 dəfə oxunub

Azərbaycan kubokunun yarımfinal mərhələsində “Bakı” zəfəri ilə finala adlayan “Xəzər Lənkəran” dünən keçirilən bərpa məşqindən sonra bu gün, səhər saatlarında AZALla keçiriləcək matçın hazırlığına start verdi. Stadium.az xəbər verir ki, Lənkərandakı bazanın ehtiyat meydançasında baş tutan məşqdə futbolçular Con Bencamin Toşakın rəhbərliyi altında saat yarım ərzində məşq prosesini davam etdirdi. Hazırda komandanın heyətində braziliyalı müdafiəçi Vanderson Skarduellinin zədəsi məşqçilər korpusunu narahat edən yeganə məqamdır. “Bakı” ilə cavab qarşılaşmasında zədələnən müdafiəçiyə “sağ ayaq pəncəsinin qapalı sınığı” diaqnozu qoyulub. Digər itki isə hücumçu Dimitrios Sialmasla bağlıdır. 27-cı turda “Sumqayıt”la qarşılaşmanın son dəqiqələrində qırmızı vərəqə alan forvard AZAL-la qarşılaşmada komandaya kömək edə bilməyəcək. Bu gün günorta saatlarında “Xəzər Lənkəran” doğma şəhərdəki hazırlığını başa çatdırıb Bakıya yola düşüb. Komanda axşam məskunlaşacağı oteldə istirahət edib sabah oyun öncəsi son məşqinə çıxacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail