Yığmamızın məşqçisindən “Xəzər Lənkəran”a təbrik

26.04.2013 | 4812 dəfə oxunub

Karyerasını Azərbaycan futbolunda davam etdirən ispaniyalılar bir-birinin uğurlarına biganə qalmır. Stadium.az xəbər verir ki, iki ispaniyalı futbolçunun çıxış etdiyi “Xəzər Lənkəran”ın Azərbaycan kubokunun finalına yüksəlməsinə həmyerliləri də sevinib.

19 yaşadək qızlardan ibarət milli komandamızın ispaniyalı məşqçisi Rikardo da Silva yarımfinalda “Bakı”nı məğlub edən cənubluların heyətindəki pireneylilərə təbrikini göndərib. Baş məşqçi Patrisiya Qonzalesin köməkçisi “Xəzər Lənkəran”ın şərəfini qoruyan qapıçı Toni Doblas və müdafiəçi Alvaro Silvanın uğuruna sevindiyini gizlətməyib: “Azərbaycan kubokunun finalında 2 ispaniyalı futbolçu olacaq. Onların hər ikisini və komandanın bu uğurunda əməyi olan sabiq məşqçisi Erik Roketanı təbrik edirəm. Onların “Neftçi” ilə final matçını hökmən izləyəcəm”.

Qeyd edək ki, “Xəzər Lənkəran” səfərdə 0:1 hesabı ilə uduzduqdan sonra öz meydanındakı qələbə (2:0) ilə mərhələ adlayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail