Klüyvertin oğlu "Qəbələ"yə qarşı oynadı
Hollandiyada təlim-məşq prosesini davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası sözügedən ölkədə növbəti yoxlama oyununu keçirib. Stadium.az xəbər verir ki, yerli "Ayaks"la üz-üzə gələn "qırmızı-qaralar"ın ikinci sınağı heç-heçə ilə yekunlaşıb. Matça daha yaxşı başlayan təmsilçimiz ilk hissəni Rövlan Muradovun qolu ilə qalib tamamlayıb - 1:0. "Qəbələ" ikinci hissədə də üstün oyun nümayiş etdirib. Komandamızın bir neçə fərqlənmək imkanı olsa da, hücum xəttinin həlledici məqamda qeyri-dəqiq oynaması hesabın artmasına imkan verməyib. Əvəzində hollandlar status-kvonu bərpa ediblər və matçın yekununu müəyyənləşdiriblər - 1:1.
Matç bir sıra diqqətçəkən məqamlarla yadda qalıb. "Qəbələ"yə qarşı mübarizə aparan heyətdə məşhur hollandiyalı futbolçu Patrik Klüvertin oğlu da yer alıb. "Qəbələ"-"Ayaks" matçını izləyənlər arasında Dennis Berqkamp, Ronald de Bur və Kiki Musampa kimi tanınmış futbolçular da olub.
Xatırladaq ki, "Qəbələ" hazırlıq çərçivəsində son oyununu aprelin 28-i keçirəcək. Sözügedən qarşılaşmada "qırmızı-qaralar" Almaniyanın "Fortuna" klubu ilə üz-üzə gələcəklər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |